Karikaturanın növlərindən biri: komik üslubda çəkilmiş portret.
Ş.-ın əsas xüsusiyyəti insanın zahiri görünüşündəki ən yaddaqalan, nəzərəçarpan cizgilərin ifrat dərəcədə qabarıq göstərilməsi və bununla da komik effektin yaradılmasıdır. Bu termin incəsənətdən ədəbiyyata da keçib və komik bədii portret, zarafat, məzə xarakterli şeir mənasında işlənir. H.Arif, R.Zəka və B.Vahabzadənin müasirləri haqqında yazdığı yumoristik şeirlər ədəbiyyatda Ş. nümunələridir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti