Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mənzumə

Nəzmlə yazılmış süjetli lirik və ya epik şeir.

Mən­zumədə bitkin bir hadisə və ya əhvalat öz ifadəsini tapır. Müxtəlif vəzn və janrlarda olur. Azərbaycan ədəbiyyatında Məhcur Şirvaninin “Qisseyi-Şirzad”, Şakir Şirvaninin “Əhvali-Şirvan”, M.V.Vidadinin “Müsibətnamə” əsərləri mənzumə nümunələridir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti