Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

melodram

yun. melos – mahnı, poema, lirik əsər + drama – hərəkət

Xeyir və şər qarşıdurması kəskin şəkildə qoyulan mənəvi-əxlaqi yönümlü ədəbiyyat, teatr və kino janrı.

Orta әsrlәrdә yaranıb. Əvvəllər personajların monoloq və dialoqlarını musiqinin müşayiəti ilə söylədikləri musiqili dram əsəri kimi başa düşülürdü. XVIII əsrin sonlarından kamillik və cahilliyin, məhəbbət və nifrətin, sevinc və kədərin kəskin qütbləşməsi əsasında qurulduğu, qəhrəmanların daxili aləminin gərgin emosional vəziyyətlərdə açıldığı əsərlərə deyilir. Bir çox M.-larda xeyirxah qəhrəmanlar uzun zaman taleyin dönüklüyü ilə qarşılaşdıqdan sonra, nәhayәt, zəfәr çalırlar.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti