Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

macəra romanı

XIX əsrin ortalarında romantizm zəminində yaranmış kəskin süjetli roman janrı.

Meşşanlıqdan uzaq­laşaraq qəhrəmanlıq dünyasına düşmək istəyi romantizmə xas idi və bu cəhət macәra romanında da özünü göstərir. Macәra romanının əsas vəzifəsi oxucunu tərbiyələndirmək deyil, onu əyləndirməkdir. İlk macәra romanının müəllifləri Valter Skott (“Kventin Dorvard”, “Ayvenqo”), Fenimor Kuper (“Sonuncu mogikan”, “Ləpirçi”), Viktor Hüqo (“Paris Notr-Dam kilsəsi”), Robert Stivenson (“Dəfinələr adası”), Aleksandr Düma (“Üç muşketyor”, “Kraliça Marqo”) olub. Bir sıra mən­bələrdə avantüra romanı da adlanır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti