Bədii əsərdə ekspozisiya ilə kulminasiya arasında gələn süjet mərhələsi; zavyazka, rəbt.
Əsasən, nəsr və dramatik əsərlərdə özünü göstərir. Düyün ziddiyyətlərin başlanması, hadisələrin, surətlərin qarşılaşdırılması, toqquşması ilə yaranır və yazıçı ideyasına, məqsədinə xidmət edir. Məsələn, N.Gəncəvinin “Yeddi gözəl” əsərində Bəhramın atasının vəfatından sonra taxtın özbaşına buraxılması və qonşu ölkələrin taxt-taca yiyələnməsi, Bəhramın hakimiyyət uğrunda mübarizəsi düyünün başlanması üçün əsas zəmindir. Düyün dramatik əsərlər üçün daha xarakterikdir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiLeksik şəkilçi vasitəsilə yaradılan söz; məs.: pambıq-çı, göz-lük, yaz-ı-çı-lıq və s.
Leksik şəkilçi qəbul edə bilmək əsas nitq hissələrinə xasdır. Köməkçi nitq hissələrinin leksik mənaları olmadığı üçün leksik şəkilçi qəbul etmir. Buna görə də köməkçi nitq hissələri quruluşca düzəltmə ola bilmir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti1916–1922-ci illərdə Qərbi Avropa ədəbiyyatı və incəsənətində mövcud olmuş modernist cərəyan.
D. cərəyanının banisi şair Tristan Tsara 1918-ci ildə bu sözün mənşəyi haqqında yazırdı: “Kru adlı zənci qəbiləsinin dilində dada müqəddəs inəyin quyruğu mənasını verir. İtaliyanın bəzi vilayətlərində bu sözlə uşaqlar üçün taxta at oyuncağını adlandırırlar. Rus dilində isə da, da – bəli, bəli deməkdir. “Dada” sözü uşaq qığıltısını bildirən təqlidi söz kimi də qəbul edilə bilər. Beləliklə, bu sözün mahiyyətində mənasızlıq durur ki, o da D. cərəyanını çox yaxşı səciyyələndirir”. D. İsveçrədə anarxist təbiətli yaradıcı ziyalılar mühitində meydana gəlib, sonradan digər Avropa ölkələrinə də yayılıb. Dadaistlərin fikrincə, I Dünya müharibəsinin yaratdığı zülm və qəddarlıq bu dünyada həyatın mənasızlığını bariz şəkildə ortaya qoyub. Onlar iddia edirdilər ki, məntiq və rasionallıq dünyada müharibələrin və konfliktlərin əsas səbəbidir. Ona görə də D.-in əsas prinsipləri irrasionallıq, sistemsizlik, ədəbiyyat və incəsənətdə hər cür standart və kanonların rədd edilməsidir. Bu etiraz dadaistlərin əsərlərini, adətən, özbaşınalığa, anarxizmə çevirirdi. 1922-ci ildən sonra D. Fransada sürrealizmlə, Almaniyada ekspressionizmlə əvəz olunub.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. daktilos – barmaq, barmağın üç bükümdən ibarət olması və birinci bükümün daha uzun olması nəzərdə tutulur
Antik poeziyada və rus şeirində vurğusu 1-ci hecaya düşməklə üçhecalı bölgüyə əsaslanan şeir ölçüsü.
D. ilə yazılmış şeirlərin hər misrasında 2-4 D. stopası olur; məs.: Тучки небесные, вечные странники (M.Y.Lermontov).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiLitva və latış xalq mahnılarının ən qədim forması.
D.-da sadə latış kəndlisinin həyatı, məişəti, əməyi (bağbanlıq, balıqçılıq və s.) öz ifadəsini tapıb. Bu janrda yaranmış mahnılarda latış xalqının azadlıq və istiqlaliyyət uğrunda yadelli qəsbkarlara qarşı mübarizəsi də geniş yer tutur. Adətən, dördmisralıq qafiyələnən (bəzən də qafiyəsiz) bəndlərdən ibarət olur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiLirik qəhrəmanla sevgilisi arasında dialoq şəklində qurulmuş şeir forması.
Ədəbiyyatımızda həm əruz, həm də heca vəznində D-D.-lər yazılıb. Ə.Vahidin “Eyləmisən” qəzəli əruz vəznində D-D.-nin ən yaxşı nümunələrindəndir:
Dedim: – Ey qönçədəhan, könlümü qan eyləmisən,
Dedi: – Bica yerə eşqimdə fəğan eyləmisən. (Ə.Vahid)
Aşıq ədəbiyyatında qoşma şəklində D-D. nümunələri var:
Dedim: Xəstələrin can dərmanısan,
Dedi: Aşiqlərin kərəm kanısan.
Dedim: Ay qız, mənim adım tanısan,
Əzəldən bilirəm Alısan, – dedi. (Aşıq Alı)
Bəzi ədəbiyyatşünaslar D-D.-ni daxili deyişmə də adlandırırlar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. decadent – düşkünləşmiş
XIX əsrin sonu XX əsrin əvvəllərində Avropada pessimizm və düşkünlük əhvali-ruhiyyəsini əks etdirən modernist cərəyan.
D.-in əsas leytmotivi ölüm və axirət, tarixən formalaşmış mənəvi dəyərlərdən imtinadır. Digər modernist cərəyanlar kimi D. də ifrat estetizm, individualizmlə xarakterizə olunur, sənətdə ənənəvi meyillərə, xüsusilə naturalizmə və akademizmə qarşı çıxırdı. Dekadentçilər sosial-siyasi problemlərdən uzaq olmağı sənətdə azadlığın əsas şərti və təzahürü kimi qəbul edirdilər. Onlar ölümü, pozğunluğu və əxlaqsızlığı tərənnüm edir, sənətdə zahiri gözəlliyə və bədii formanın rəngarəngliyinə can atır, özləri üçün bir çox simvolik işarələr və üslubi vasitələr yaradaraq fikirlərini daha çox işarələrlə bildirirdilər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiital. dell’arte – incəsənət, yüksək məharət
XVI–XVIII əsrlərdə İtaliyada mövcud olmuş improvizasiya xarakterli milli teatr növü; maska teatrı.
D.A. qısa, sxematik süjet şəklində yazılmış ssenari əsasında oynanılırdı, ona görə də improvizasiya aktyor ifasının əsasını təşkil edirdi. Aktyorlar səhnəyə maskalarda çıxırdılar. İki qrup maskalar mövcud idi: şimal (Venesian) və cənub (Neopolitan) qrupları. Hər qrupun öz maska-obrazları var idi. Bu teatr Qərbi Avropa dram teatrının inkişafında böyük rol oynadı, belə ki, D.A. truppaları teatr tarixində ilk peşəkar truppalar sayılır. Burada artıq rejissura elementləri özünü göstərirdi (aparıcı aktyor həm də rejissor idi). XIX əsrdə D.A. tənəzzülə uğrayaraq öz yerini pantomima və melodrama verdi. D.A.-nin elementlərindən (improvizasiya, bir aktyorun bir neçə rol oynaması və s.) bu gün də teatrda, xüsusilə stəndap (stand-up) komediyasında və komik teleseriallarda geniş istifadə olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. demos – xalq + urgos – iş, yaratma
Mifologiyada Yaradan obrazı; kosmosdakı canlı və cansız varlıqların yaradıcısı.
Bir çox xalqların mifologiyasında D. dulusçuluq, dəmirçilik, toxuculuq ilahı kimi, bəzilərində isə ali tanrının köməkçisi kimi çıxış edir. Məsələn, Misir ilahı Xnum dünyanı və insanları dulusçuluq kürəsində yaradır, hind ilahı Vişvakarman isə eyni zamanda xarrat, dəmirçi və toxucu kimi təsvir olunur. Lakin bir sıra miflərdə D.-lar daha mücərrəd üsullarla, məsələn, sadəcə, varlığı adlandırmaqla onu yaradırlar.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti