ing. stand-up – şou verilişi
Canlı auditoriya qarşısında yumoristik solo-çıxış, komik şou.
XVIII–XIX əsrlərdə Böyük Britaniyada yaranıb. O zaman musiqi klublarında aparıcıların improvizasiya xarakterli məzəli çıxışları S. adlanırdı. XX əsrin 70-ci illərində televiziyanın geniş yayılması ilə bağlı bu janr yenidən canlanıb. Hazırda dünyanın bir çox televiziya kanallarında S. şou verilişləri nümayiş etdirilir. Bu verilişlərdə aparıcı-konferansye gülməli monoloqlar oxuyur, tamaşaçılara atmacalar atır. Aparıcının ustalığı improvizasiyanın nə qədər uğurlu alınması ilə bağlı olur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti