yun. mythos – rəvayət + logos – söz
1. Yer üzündә hәyatın mәnşәyi, tәbiәt hadisәlәri, ilahlar və əfsanəvi qəhrəmanlar haqqında insanların әn qәdim tәsәvvür vә etiqadlarından ibarәt rәvayәtlәr.
M.-da izah oluna bilməyən təbiət hadisələri haqqında mifik izahlar verilir və həmin hadisələr hansısa qeyri-adi varlıqla əlaqələndirilir. Orta əsrlərdə Avropa mütəfəkkirləri yalnız antik (qədim yunan və Roma) M. ilə tanış idilər, lakin Amerika və Afrikanın yerli əhalisinin mədəniyyəti və tarixi ilə tanışlıqdan sonra məlum oldu ki, mifoloji təsəvvürlər dünyanın, demək olar ki, bütün xalqlarında sivilizasiyanın ilkin mərhələlərində mövcud olub. Qәdim yunan M.-sı dünya ədəbiyyatına bir çox mifoloji süjetlər bəxş edib. Şәrq xalqlarının, o cümlәdәn Azәrbaycan xalqının qәdim M.-sı vardır. Azərbaycan ədəbiyyatı mifoloji süjetlər və obrazlar baxımından zəngindir. Ədәbiyyatımızda xeyir allahı Hörmüz vә şәr allahı Әhrimәn mifoloji surәtlәr kimi mәşhur olub. “Kitabi-Dədə Qorqud” dastanındakı Təpəgöz obrazı mifoloji obrazdır.
2. Mifləri tədqiq edən elm.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti