yun. panto – hər şey + mimos – mimika, təqlid
Duyğu və düşüncələri sözdən istifadə olunmadan bədən və üz hərəkətləri ilə əks etdirən tamaşa.
Teatr sənətinin bir elementi kimi qədim zamanlardan mövcuddur. Müstəqil teatr sənəti kimi M.ö. I əsrdə Romada yaranıb. P.-da aktyorun bədən plastikası və qrim mühüm rol oynayır. Bəzi pantomim ifadələri: bir əlin ürək üzərinə qoyulması – eşq, məhəbbət ifadəsi; gözlər üzərinə yerləşdirilən əllərin aşağıya doğru çəkilməsi – göz yaşı; sıxılmış yumruqların baş üzərində yellənməsi – “hirs”; qolların çarpaz olaraq aşağıda tutulması – arzu və s. Bu gün Azərbaycanda da Dövlət Pantomima Teatrı fəaliyyət göstərir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti