Bədii əsərdə personajın daxili psixoloji vəziyyətini əks etdirən, onun özünə yönələn nitq.
Daxili monoloqda qəhrəmanın düşüncələri, həyəcanı, tərəddüdləri və s. öz əksini tapır. Personaj bu prosesdə öz-özünə götür-qoy edir, “ürəyində” danışır, sevinir, təsəlli tapır, peşman olur, qəmlənir və s. Daxili monoloq obrazın mənəvi-psixoloji portretini yaratmaq, xarakteri açmaq üçün ən çox istifadə olunan bədii üsullardan biridir və əsərin bədii üslubunu müəyyənləşdirən bir ünsür kimi çıxış edir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti