Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

leytmotiv

Ədəbi yaradıcılığın, cərəyanın, yaxud bədii əsərin ana xətti, aparıcı, istiqamətverici motivi.

Bu termin ədə­biyyatşünaslığa musiqidən keçib. Leytmotiv əsəri başa düş­mək üçün açar rolu oynayan əsas söz, ifadə, cümlə, bədii surət, yaxud süjet şaxəsidir. O, əsərin ideya-emosional yü­künü özündə cəmləşdirən və əsərboyu dəfələrlə nəzərə çat­dırılan ünsürdür. Məsələn, C.Məmmədquluzadənin “Ölü­lər” əsərində Kefli İsgəndərin dilindən verilən “Allah sizə rəh-mət eləsin, ölülər” ifadəsi həmin əsərin əsas leytmotividir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti