Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

nitq

1. Fikri sözlərlə ifadə etmək şəklində ta­rixən formalaşmış ünsiyyət forması.

N. jurnalistikada əsas ifadə vasitə­lə­rindən biri, eyni zamanda dildən istifadə prosesidir. Buna görə jurnalistikada, ilk növbədə, ra­dio və televiziyada əmək­daş­ların yüksək nitq mədəniyyətinə yiyə­lənməsi böyük əhəmiyyət kəsb edir.

2. Kütləvi tədbirlərdə, televiziya və radioda auditoriyaya xitabən çıxış.

Mi­sal: «Mə­həm­məd Əmin Rəsulzadə cənabları… bir nitq irad edərək camaatı milli bayram və bəxtiyarlıq ilə təbrik etdi («Azərbaycan» qəzeti).

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

nitq mədəniyyəti

1. Ədəbi dil nor­ma­larına, o cümlədən orfoepiya qaydalarına əməl olunması, dilin ifadə vasitə və im­kanlarından nitqin məqsəd və məzmu­nu­na müvafiq şəkildə istifadə edilməsi.

Yüksək N.M. – fikirlərin dil vasitəsilə də­qiq, ­düz­gün və anlaşıqlı ifadəsidir. Müasir cəmiyyətdə media dilin forma­laş­masına, qorun­masına və inkişafına təsir göstərən mühüm faktorlardan biridir. Buna görə də jurnalistin N.M. onun peşəkarlığının əsas göstəricilərindən hesab edilir. N.M. əksər jurnalistika fakül­tə­lərində tədris olunur, bir sıra uni­ver­si­tetlərdə «Jurnalistika və N.M.» ka­fed­raları fəaliyyət göstərir. 

2. Dil səviyyələrinin və onlara daxil olan vahidlər ­sisteminin nor­malaşdırılması, təkmil­ləş­di­rilməsi, nitqin düzgünlüyü meyarlarının müəyyənləşdirilməsi kimi məsələləri araş­dıran dilçilik bölməsi.

N.M.-nin normativ, etik və kommunikativ komponentləri var. Birinci komponent ədəbi dilin nor­maları, ikincisi – onun müxtəlif şəraitlərdə tətbiqi, üçün­cüsü isə ünsiyyətin məq­sədinə nailolma üsulları ilə əlaqədardır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

nitq texnikası

Nitqin ədəbi dil nor­ma­larına uyğun, dəqiq və anlaşıqlı olmasını təmin edən bacarıqların, üsulların məc­musu.

Orfoepiya, diksiya, tənəffüs, səs, durğu işarələri, qrammatik və məntiqi pauzalar, məntiqi vurğular, mimika, jestlər – bunlar N.T.-nın tərkib hissələridir. Televiziya və radio jurnalistlərinin, diktorların, fəaliyyət sahəsinə görə şifahi nitqlə məş­ğul olan digər sənət adamlarının – akt­yor­ların, ­qi­raət­çilərin, natiqlərin peşə hazırlığı pro­se­sində N.T. tədris olunan əsas fən­lər­dəndir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

nizamnamə

Mülkiyyət formasından asılı olmayaraq istənilən müəssisənin, təş­ki­la­tın statusunu, fəaliyyət sahələrini, strukturunu, funksiyalarını, öhdəlik və və­zifə­lərini müəyyənləşdirən hüquqi sənəd, qaydalar toplusu.

N. təsisçi (təsisçilər) tərəfindən təsdiq edilir və dövlət orqanlarına təqdim olunur. Azərbaycan qanunvericiliyinə görə, KİV redaksiyalarının fəaliyyəti peşə müstə­qilliyi və N. əsasında həyata keçirilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

nizamnamə kapitalı

lat. capitalis  – əsas, üstünlük təşkil edən

Müəssisənin təsis sənədlərində müəyyən edilmiş kapitalının miqdarı.

N.K. təsisçilərin paylarından və buraxılmış səhmlərin nominal dəyərinin cəmindən ibarətdir, qanunvericilikdə nə­zərdə tutulmuş qaydada dövlət orqanında qeydiyyata alınır. KİV-in N.K. ilə əlaqədar qanunvericilikdə xüsusi qayda müəy­yən­ləşdirilib: ölkədə təsis olunan yayım şir­kətlərinin N.K. bütünlüklə, digər KİV-in N.K.-nın isə azı 70 faizi yerli fiziki və hüquqi şəxslərə məxsus olmalıdır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

nonparel

fr. nonpareille – bərabəri olma­yan

Xırdaölçülü mətbəə şrifti.

N. şrif­tinin hündürlüyü 6 punkt (2,25 mm) təşkil edir. Bu şriftdən geniş oxucu kütləsi üçün nəzərdə tutulmayan sorğu-məlumat kitab­larında, şəkilaltı mətnlərdə, böyük cəd­vəllərdə istifadə olunur.

Jurnalistika terminləri lüğəti

notabene

lat. nota bene – diqqət yetir

Mətni oxuyarkən diqqəti vacib hesab olunan sözə, cümləyə, fikirtəsvirə yönəlt­mək üçün, adətən, səhifənin kənarında qoyulan xüsusi işarə.

Qısa şəkildə NB kimi qeyd olunur.

Jurnalistika terminləri lüğəti

notariat sirri

Notariat hərəkətlərinə dair əldə olunmasına və yayılmasına məhdu­diyyət qoyulan məlumatlar.

N.S. konfidensial informasiya sayılır və peşə sirri kateqoriyasına aid edilir. Notariuslar və xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar notariat hərəkətlərindən xəbər­dar olan şəxslər bu hərəkətlərin sirrini sax­lamağa borcludurlar. N.S.-nin açılmasında təqsirli olan şəxslər qanunla məsuliyyət daşıyırlar. Notariat hərəkətlərinin aparıl­ması ilə əlaqədar notariusa qarşı cinayət işi qaldırıldıqda məhkəmə onu sirri saxlamaq öhdəliyindən azad edə bilər.

Jurnalistika terminləri lüğəti

növbətçi

1. Növbə ilə hər hansı xidməti vəzifəni yerinə yetirən əməkdaş; məs.: ­re­daksiyada bazar günü növbətçi şəxs. 

2. Qəzet və ya jurnalın konkret sayına, televiziya verilişinin konkret buraxılışına məsul olan ya­radıcı işçi; məs.: növbətçi redaktor.

Jurnalistika terminləri lüğəti

NTSC [en-te-es-si] abreviatura

ing.National Television System Committee – «televiziya sistemləri üzrə milli komitə» ifadəsində sözlərin baş hərf­lərindən yaradılmış abreviatura

Əsasən, Şimali Amerikada, Cənubi Amerikanın ­ək­sər ölkələrində, Cənubi Koreyada, Yapo­niyada və s.-də geniş istifadə olunmuş rəngli analoq televiziya sistemi.

NTSC forma­tında televiziya kadrı 60 hers tez­liyində 525 sətrə ayrılır, saniyənin hər 1/30 hissəsində bu sətirlərdən şüa keçir. Standart 1941-ci ildə ABŞ-da ağ-qara təsvir üçün yaradılıb, 1953-cü ildə rəngli formata keçirilib, 2000-ci illərdə rəqəmsal televiziya standartları ilə əvəzlənməyə başlanıb.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti