Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ədəbi dil

Milli dilin müəyyən qayda-qanunlara tabe olan və nümunəvi ünsiyyətə xidmət edən ən yüksək forması.

Ə.D.-in tabe olduğu qayda-qanunlar sisteminə nitq normaları deyilir. Norma – sözün fonetik (səs) tərkibinin, leksik mənasının və cüm­lənin qrammatik quruluşunun hamı tərə­findən qəbul olunan şəklidir. Ə.D. dia­lekt­lərdən, jarqonlardan fərqlənir, onun iki qolu var: şifahi və yazılı. Şifahi Ə.D. səs­lənən dildir, orfoepik normalara tabe olur, yazılı Ə.D. isə yazıda istifadə edilən dildir, orfoqrafık normalara tabe olur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti