Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

nitq mədəniyyəti

1. Ədəbi dil nor­ma­larına, o cümlədən orfoepiya qaydalarına əməl olunması, dilin ifadə vasitə və im­kanlarından nitqin məqsəd və məzmu­nu­na müvafiq şəkildə istifadə edilməsi.

Yüksək N.M. – fikirlərin dil vasitəsilə də­qiq, ­düz­gün və anlaşıqlı ifadəsidir. Müasir cəmiyyətdə media dilin forma­laş­masına, qorun­masına və inkişafına təsir göstərən mühüm faktorlardan biridir. Buna görə də jurnalistin N.M. onun peşəkarlığının əsas göstəricilərindən hesab edilir. N.M. əksər jurnalistika fakül­tə­lərində tədris olunur, bir sıra uni­ver­si­tetlərdə «Jurnalistika və N.M.» ka­fed­raları fəaliyyət göstərir. 

2. Dil səviyyələrinin və onlara daxil olan vahidlər ­sisteminin nor­malaşdırılması, təkmil­ləş­di­rilməsi, nitqin düzgünlüyü meyarlarının müəyyənləşdirilməsi kimi məsələləri araş­dıran dilçilik bölməsi.

N.M.-nin normativ, etik və kommunikativ komponentləri var. Birinci komponent ədəbi dilin nor­maları, ikincisi – onun müxtəlif şəraitlərdə tətbiqi, üçün­cüsü isə ünsiyyətin məq­sədinə nailolma üsulları ilə əlaqədardır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti