Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

mimika

yun. mimikos – təqlid olunan

Keçirilən hiss və əhvali-ruhiyyənin üz əzə­lələrinin hərəkəti ilə ifadəsi.

Televiziya jur­nalistikasında M. sözün təsir qüvvəsini artırır, ona müsbət, yaxud mənfi çalar əlavə edir. M. ən mühüm qeyri-verbal kommunikasiya vasitələrindən biridir; ­jurnalistikada obyektivlik prinsipinin pozul­ması üçün bəzən jurnalistin bir üz ifadəsi kifayət edir.

Jurnalistika terminləri lüğəti