Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

təsisçi

Hər hansı media qurumunun əsa­sını qoyan, onu yaradaraq dövlət qey­diy­yatından keçirən şəxs.

Azərbaycanda döv­lət orqanları, bələdiyyələr, siyasi partiyalar, ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, ölkə ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə KİV-in T.-si ola bilərlər. Lakin bəzi hüquqi (siyasi partiyalar, dini qurumlar) və fiziki şəxslər (ağır və ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş insanlar; fəaliyyət qabi­liy­yə­tinin məhdudluğu məhkəmə tərəfindən təsdiqlənmiş vətəndaşlar) teleradio təş­kilatı təsis etmək hüququndan məh­­rumdurlar. Xarici ölkə vətəndaşlarının Azər­­­baycanda KİV təsis etməsinə də mü­əyyən məh­du­diyyətlər qoyulub. KİV-in fəaliyyətinə məhkəmənin qərarı olmadan yalnız T. özü xitam verə bilər.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti