Reklam
Reklam
  • Qəriblikdə padşah olmaqdansa, vətəndə nökər olmaq yaxşıdır. (Ləzgi)
  • Vətən eldir, xalq - ailə. (Ləzgi)
  • Palaza bürün, elnən sürün! (Azərbaycan)
  • Tək əldən səs çıxmaz. (Azərbaycan)
  • Yeməyini yalqız yeyən yükünü özü qaldırar. (Azərbaycan)
  • Güc birlikdədir. (Azərbaycan)
  • Üzünü xalqa çevirənin arxası möhkəm olar. (Azərbaycan)
  • Köçən yurdun qədrini, düşən yurdda bilərlər. (Azərbaycan)
  • Yurddan çıxsan da, eldən çıxma. (Azərbaycan)
  • Qürbət görməyən adam vətən qədri bilməz. (Azərbaycan)
  • Qürbət yerdən vətən olmaz! (Azərbaycan)
  • Qəribi vurmuşlar, "Vay vətən!" demiş. (Azərbaycan)
  • Qəribi baxışından tanıyırlar. (Azərbaycan)
  • Qürbət cənnət olsa da, yenə vətən yaxşıdır. (Azərbaycan)
  • El atanı ər atar, el tutanı ər tutar. (Azərbaycan)
  • Elin sözü daşı yeridər. (Azərbaycan)
  • Elin atdığı daş uzaq gedər. (Azərbaycan)
  • Eli olmayanın dili də olmaz. (Azərbaycan)
  • El malına göz dikən gözdən olar. (Azərbaycan)
  • El yandıran şamı söndürmək olmaz. (Azərbaycan)