- Bu gün dağı qaldıra bilən adam nə vaxtsa kiçik daşları daşımaqdan başlayıb. (Çin)
- Müəllimlər sizin üçün qapını aça bilər, ancaq içəri özünüz girməlisiniz. (Çin)
- Təslim olmaq istəyi qələbəyə az qalmış xüsusilə güclü olur. (Çin)
- İşləməyən dəmiri öz pası məhv edər, insanı da tənbəlliyə vərdiş etməsi. (Hind)
- Küləyin istiqamətini dəyişə bilməsək də, yelkənlərimizi ona uyğun tənzimləyə bilərik. (Hind)
- Havayı oturmaqdansa, havayı işləmək yaxşıdır. (Gürcü)
- Daş nə qədər ki yerindədir — ağırdır, tərpətdin — yüngül gələcək. (Gürcü)
- Adı itirməkdənsə, başı itirmək yaxşıdır. (Gürcü)
- Könlü yemiş istəyən dolanar tağ başına. (Azərbaycan)
- Könlü balıq istəyən quyruğunu suya vurar. (Azərbaycan)
- Yazda oynayar, gülər, qışda acından ölər. (Azərbaycan)
- Yaz günündə tərləməyən qış günündə titrəyər. (Azərbaycan)
- Yaz əkinçi, qış dilənçi. (Azərbaycan)
- Yaz bitirir, yay yetirir, payız gətirir, qış aparır. (Azərbaycan)
- Yayda kölgədə yatan qışda qar üstə yatar. (Azərbaycan)
- Yayda kölgə xoş, qışda çuval boş. (Azərbaycan)
- Yayda işləyən qışda dişləyər. (Azərbaycan)
- Yayda başı bişənin qışda aşı bişər. (Azərbaycan)
- Ağıllı kişi qışın qeydinə yayda qalar. (Azərbaycan)
- Qalan işə qar yağar! (Azərbaycan)