Reklam
Reklam
  • Qonşusu pis olanın nə axşam, nə səhər rahatlığı yoxdur. (İtalyan)
  • Qonşunun adından qorxma, hiyləsindən qorx! (Talış)
  • Dərdin çox da olsa, qonağın yanında demə. (Talış)
  • Böyük nəfsin vardırsa, qonaqlığa getmə. (Saxur)
  • Qonağı ərəb olanın qapısı gen gərək. (Saxur)
  • Qonaq üç günlük olar. (Ləzgi)
  • Qonşun səndən duz istəyəndə, duzun olmasa belə, heç olmasa ona duzlu bir söz de. (Gürcü)
  • Qonaq qonağı dəvət etdi, ev sahibi ikisini də qovdu. (Gürcü)
  • Ev yiyəsi şad olmayanda, qonaq da bikef olar. (Gürcü)
  • Çağırılmamış qonaq taundan pisdir. (Gürcü)
  • Axmaq qonşudan od da götürmə. (Gürcü)
  • Qohumun kimdir? – Yaxın qonşum. (Azərbaycan)
  • Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı qonaq! (Azərbaycan)
  • Gülmə qonşuna, gələr başına! (Azərbaycan)
  • Gəmiyə minib gəmiçi ilə dalaşma. (Azərbaycan)
  • Evdə bişməyib, qonşudan gəlməyib! (Azərbaycan)
  • Qonşuya ümid olan şamsız qalır. (Azərbaycan)
  • Qonşunun şamından işıq düşməz. (Azərbaycan)
  • Qonşunun xətrin istə (qədrini bil), amma çəpəri arada saxla. (Azərbaycan)
  • Qonşunu iki inəkli istə, özün bir inəkli olasan. (Azərbaycan)