- Qüsursuz dost yoxdur, amma dostunda qüsur axtarsan, dostsuz qalacaqsan. (Çin)
- Sənin eyiblərini göstərən həmişə düşmənin olmadığı kimi, fəzilətlərindən danışan da həmişə dostun olmur. (Çin)
- Gerçək dost ehtiyac duyulan dostdur. (İtalyan)
- Yaxşı dost sənin bütün hekayələrini bilir. Ən yaxşı dost isə bunları səninlə yaşayıb. (İngilis)
- Hamı çölə çıxanda dost içəri girər. (İngilis)
- Xörək yeyəndə yoldaşını gözlə. (Talış)
- Köhnə dost düşmən ola bilməz. (Talış)
- Başını dost evində qırx, dırnağı düşmən evində. (Talış)
- Tost deyəni yox, dost olanı axtar. (Saxur)
- Əvvəl yoldaş, sonra yol. (Saxur)
- Mənim əşyamı mənimlə döyüşdürürlər. (Saxur)
- Dosta borc vermə, hər ikisi əldən gedər. (Ləzgi)
- “Yoldaş, yoldaş” deyən dostun ardınca getmə. (Kürd)
- Ağac kökləri ilə yaşar, insan dostları ilə. (Hind)
- İki insanın dost ola bilməsi üçün biri mütləq səbirli olmalıdır. (Hind)
- Təzə dost qazan, köhnəni də unutma. (Gürcü)
- Qabaqda duran düşmən, dalda duran dostdan yaxşıdır. (Gürcü)
- Eyibsiz dost axtaran tək qalar. (Gürcü)
- Arxanı kimə söykəyirsən, dalına daş yükləyir. (Gürcü)
- Balta ağac kəsməzdi, sapı ağac olmasaydı! (Azərbaycan)