- Yalanın ayaqları qısadır. (İtalyan)
- Sözün düzü xoşa gəlməz, xoşa gələn də təkdənbir düz olar. (Gürcü)
- Kəndin alt başında yalandır dedim, üst başına gəldim mən də inandım. (Gürcü)
- Tamahkarı yalançı aldadar. (Azərbaycan)
- Quş qanadı ilə tanınar, insan adı ilə. (Azərbaycan)
- Tutulmayan oğru, xandan-bəydən doğru. (Azərbaycan)
- Oğru hamını oğru bilər. (Azərbaycan)
- Oğru elə bağırdı, doğrunun bağrı yarıldı! (Azərbaycan)
- Oğru həmişə doğruluqdan danışar. (Azərbaycan)
- Yalançının ipi ilə quyuya düşən quyuda qalar. (Azərbaycan)
- Yalançını evinəcən qovarlar. (Azərbaycan)
- Yalançının evi yandı, heç kəs inanmadı. (Azərbaycan)
- Yalan üz qaraldır. (Azərbaycan)
- Yalanın ömrü az olar. (Azərbaycan)
- Yalançının yaddaşı olmaz. (Azərbaycan)
- Yalançının şahidi yanında olar. (Azərbaycan)
- Yalançı özünün düşmənidir. (Azərbaycan)
- Yalançı çox and içər. (Azərbaycan)
- Yalan olmasa, doğru yeriməz. (Azərbaycan)
- Yalan danışan yanındakını qanmaz yerinə qoyar. (Azərbaycan)