- Heç kim səyahətdən getdiyi kimi qayıtmır. (Çin)
- Bir ağac əkmək üçün ən yaxşı vaxt iyirmi il əvvəl idi. Növbəti ən yaxşı vaxt isə bu gündür. (Çin)
- Düşüncələrinizin səssizləşdiyi yer – evinizdir. (Çin)
- Sakitliyini qoruyaraq yaşa. Zaman gələcək, çiçəklər öz-özünə açacaq. (Çin)
- Əgər büdrəyib yıxıldınsa, hələ o demək deyil ki, səhv yoldasan. (Çin)
- Axmaq adamın xoşbəxtliyi də axmaq olur. (Çin)
- Həyatın sirlərindən biri də budur ki, gənc öləsən, amma gec öləsən. (Çin)
- Yavaşımaqdan deyil, dayanmaqdan qorx. (Çin)
- Keçmişi unutmayın, o gələcəkdə sizə müəllim olacaq. (Çin)
- Roma bir gündə qurulmadı. (İtalyan)
- Çayın dərinliyini iki ayaqla sınama. (İtalyan)
- Xəstəyə üç şey kömək edər: sevgi, şərab və hamam. (İtalyan)
- Ən yaxşı zireh – məsafə saxlamaqdır. (İtalyan)
- Dünya qiymətli bir kitaba bənzəyir. Yazıb-oxumağı bilməyən ondan xəbərsiz qalır. (İtalyan)
- Daha çox yaşaya bilmirsənsə, daha dərin yaşa. (İtalyan)
- Böyük dərdlər səssizdir. (İtalyan)
- Batmağa başlayan kimi üzməyi öyrənəcəksiniz. (İtalyan)
- Atalar sözləri kəpənək kimidir, hamısı uçur, bəzilərini tuturlar. (İtalyan)
- Alma ağacdan uzağa düşmür. (İngilis)
- Gündə bir alma həkimi səndən uzaqlaşdırır. (İngilis)