Reklam
Reklam
  • Əgər sükutu yaxşıya doğru pozmursansa, heç pozma. (Çin)
  • Ağıza, dişə düşən söz məmləkətləri gəzər. (Kürd)
  • Əməlsiz sözdə təsir olmaz. (Azərbaycan)
  • Dəyirman bildiyini eylər, çaq-çaq baş ağrıdar. (Azərbaycan)
  • Söymə qul atamı, söyməyim bəy atanı! (Azərbaycan)
  • Adamın başına nə gəlsə, dilindəndir. (Azərbaycan)
  • Adamı sözündən tutarlar, heyvanı buynuzundan. (Azərbaycan)
  • Adam ağzında söz, qazan altında köz. (Azərbaycan)
  • Dilini saxlayan başını saxlar. (Azərbaycan)
  • Dil yanılar düzünü deyər. (Azərbaycan)
  • Dil var, bal gətirər, dil var – bəla. (Azərbaycan)
  • Dil ağrıyan dişə dəyər. (Azərbaycan)
  • Yarı gör, özün danış, ev yıxar ara sözü. (Azərbaycan)
  • Kişi öz sözünün ağası olar. (Azərbaycan)
  • İt hürər, karvan keçər. (Azərbaycan)
  • Ara sözü ev yıxar. (Azərbaycan)
  • Səhrada gül bitməz, cahilə söz yetməz. (Azərbaycan)
  • Haqq söz acı olar. (Azərbaycan)
  • Haqq söz axar suları saxlar. (Azərbaycan)
  • Saqqalım yoxdur, sözüm ötmür. (Azərbaycan)