- Əgər səhv etdinsə, ən yaxşısı – dərhal gülməkdir. (Çin)
- Qızarmağı bacaranların ürəyi qara ola bilməz. (Çin)
- Bədbəxtlik – özü üçün açılmış qapıdan daxil olur. (Çin)
- Külək nə qədər möhkəm əssə də, dağ onun qarşısında əyilməz. (Çin)
- Hadisələrə həmişə işıqlı tərəfindən bax, əgər belə tərəfləri yoxdursa, o zaman onları parıldayanacan sürt. (Çin)
- Yaşamaq üçün ye, yemək üçün yaşama. (İtalyan)
- Vicdan əzabı çəkənin ittihamçıya ehtiyacı yoxdur. (İtalyan)
- Min dəfə solğun olmaqdansa, bir dəfə qızarmaq yaxşıdır. (İtalyan)
- Qarşı tərəfdə ot həmişə daha yaşıl olur. (İtalyan)
- Kim tək başına işləyirsə, üç nəfərin işini görür. (İtalyan)
- Kim düşünürsə ki, pul ona hər şey verəcək, sonda pul üçün hər şey edəcək. (İtalyan)
- İstəyirsən ki, səni dəyərləndirsinlər — öl! (İtalyan)
- Əgər kimsə sizinlə həmişəkindən daha çox mehribandırsa, bu o deməkdir ki, sizi aldadıb və ya aldatmaq üzrədir. (İtalyan)
- Çoxları kəsmək istədikləri əli öpürlər. (İtalyan)
- Cüzdanında pulu olmayanın ağzında bal olmalıdır. (İtalyan)
- Həm tortu yeyə, həm də onu gizlədə bilməzsiniz. (İngilis)
- Yavaş-yavaş getməkdən qorxmayın, hərəkətsiz dayanmaqdan qorxun. (İngilis)
- Pis işçi həmişə öz alətlərini günahlandırır. (İngilis)
- Nəzakətli olun, çünki tanış olduğunuz hər kəs çətin bir mübarizə aparır. (İngilis)
- Əgər sənin üçün vacibdirsə, bir yol tapacaqsan. Vacib deyilsə, o zaman bir bəhanə tapacaqsan. (İngilis)