Reklam
Reklam

Tarix terminləri lüğəti

qızılbaşlar

XV–XVI əsrlərdə Azərbaycan, Anadolu və İran ərazisində məskunlaşmış türk tayfaları ittifaqı.

Öncə şamlu, rumlu, ustaclı, əfşar, təkəli, qacarzülqədər tayfalarından ibarət olan Q.-ın tərkibinə sonralar bayat, baharlı, alpaut və b. tayfalar da qatılıb. Bu tərkibdə yeganə irandilli tayfa talışlar olub. Q. 12 şiə imamının şərəfinə başlarına 12 qırmızı zolaqlı çalma bağladıqları üçün belə adlandırılıblar. Onlar Səfəvilərin hərbi dəstələrinin özəyini təşkil ediblər və Səfəvilər dövlətində hakim mövqeyə malik olublar. Həmin dövlətin çox vaxt “Qızılbaşlar dövləti” adlanması bununla izah edilir. Keçmişdə Osmanlı dövlətində ələviləri və bütün şiələri Q. adlandırıblar.

Tarix terminləri lüğəti