Reklam
Reklam

Tarix terminləri lüğəti

zülqədərlər

Kiçik Asiya və Azərbaycanda məskunlaşmış oğuz mənşəli türk tayfaları.

XIV əsrin ortalarında onlar tayfa başçısı Zeynəddin Qaracanın rəhbərliyi ilə Kiçik Asiya ərazisində feodal hakimliyinin əsasını qoyublar. Sonralar Teymurilərdən, Misir məmlükləri və Osmanlı sultanlarından asılı vəziyyətə düşən bu hakimlik bir müddət nominal da olsa, öz müstəqilliyini qoruyub saxlaya bilib. XV əsrin sonunda Z.-in bir hissəsi Ağqoyunluların tərkibinə daxil olub. Digər hissəsi isə qızılbaşlara qoşularaq onların yeddi əsas tayfasından birinə çevrilib və Səfəvilər dövlətinin yaranmasında iştirak edib. Zülqədər əmirləri ilə Səfəvilərin münasibətləri kifayət qədər gərgin olub. Sonuncu hökmdar Əli bəyin (1515–1522) ölümünün ardınca Zülqədər hakimliyi ləğv edilərək Osmanlı bəylərbəyiliklərindən birinə çevrilib.

Tarix terminləri lüğəti