İslamda şiəliyə yaxın olan eyniadlı təriqətin üzvləri.
Ə. termini xəlifə Əlinin adından götürülüb. Ə. onu Allahın Yerdəki təcəssümü kimi qəbul edərək ən ali şəxsiyyət sayırlar. Təriqətin banisi İbn Nüseyr (IX əsr) olduğu üçün Ə.-i bəzən nüseyrilər də adlandırırlar. Bütün yaxınlığına baxmayaraq, şiəliklə Ə.-in təlimi arasında bərabərlik işarəsi qoymaq olmaz. Ələvilik təlimində şiəlik, bəktaşilik, ismaililik ünsürləri ilə yanaşı, xristianlığın və qədim Şərq dinlərinin ciddi təsiri özünü göstərir. Ə.-in Ay və Günəşə pərəstiş etməsini, ruhların bir bədəndən digərinə keçməsinə inanmasını, eləcə də bəzi xristian bayramlarını qeyd etməsini buna misal göstərmək olar. Onlar, əsasən, Suriya və Türkiyədə yaşayırlar.
Tarix terminləri lüğəti