Reklam
Reklam

Tarix terminləri lüğəti

rumlular

Qızılbaşlar ittifaqına daxil olan türk tayfası.

R.-ın əcdadları Səlcuq hakimiyyəti və Monqol imperiyası dövründə Orta Asiyadan Kiçik Asiyaya köç edərək Sivas və Amasiya ərazisində məskunlaşıblar. Onların “Rum elindən olan” mənası daşıyan adları buradan yaranıb (Bizans ərazisini türklər Rum adlandırıblar). Bir çox köçəri və yarımköçəri qızılbaş tayfalarından fərqli olaraq R. oturaq həyat tərzi sürüblər. Bu tayfanın üzvləri Səfəviyyə şeyxlərinin müridləri sayılıblar, onların hərbi qüvvələrinin əsasını təşkil edənlərdən olublar. Səfəvi dövlətinin təşəkkülü və möhkəmlənməsində R. mühüm rol oynayıblar: xeyli görkəmli sərkərdə yetişdiriblər, bir çox əyalətlərin bəylərbəyi təyin olunublar. R. azərbaycanlıların etnogenezində yaxından iştirak ediblər.

Həmçinin bax:

Tarix terminləri lüğəti