Reklam
Reklam

Tarix terminləri lüğəti

bayatlar

əski türk. bayat – varlı, dövlətli, zəngin

Oğuz mənşəli türk tayfası.

Eramızın ilk yüzilliklərinə aid “Oğuz Xaqan dastanı”nda B. 24 oğuz boyundan biri, Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» əsərində (XI əsr) isə 22 oğuz bölüyündən doqquzuncusu kimi göstərilir. IX–X əsrlərdə oğuzların tayfa ittifaqına başçılıq edən tayfalardan biri də B. olub. Oğuz tayfaları ilə birlikdə B. IX əsrin II yarısında Azərbaycana gəliblər. Eyni zamanda onlar İranda, Anadoluda, İraqda da məskunlaşıblar. Azərbaycanda yaşayan B. yerli əhali ilə qaynayıb-qarışıblar. Ağcabədi, Salyan, Ucar və Şamaxı rayonlarında B.-la bağlı toponimlər var.

Tarix terminləri lüğəti