Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

şüuraltı təsir

İnsanın psixikasında özünün dərk etmədiyi formada baş verən pro­ses­lərin onun davranışına təsiri.

Ş.T. daha çox psixologiya, fəlsəfə, sosiologiya elm­lərində istifadə edilən termindir (bu təsir formasının «şüuraltı», yoxsa «şüursuz» adlandırılmasının düzgün olduğu barədə mübahisələr gedir). Media isə insanlara ən güclü Ş.T. vasitələrindən biridir. Araş­­dırmalar göstərir ki, studiyada rənglərin ­se­çi­mi, qonağın necə əyləşdirilməsi də ­au­di­­toriyanın psixikasına özünün dərk et­mədiyi formada təsir göstərir. Ş.T. me­xa­nizmlərindən mediada istifadə etməklə müsbət nəticələrə nail olmaq (məsələn, cəmiyyətdə aqressivliyi azaltmaq) müm­kündür. Eyni zamanda bu mexanizmlər ictimai şüurla manipulyasiya imkanlarını da artırır. Bir sıra yeni media texnologiyaları – əks-səda kamerası, koqnitiv dissonansneyrolinqvistik proqramlaşdırma metod­ları, Troya atı effekti, mediaviruslar – be­lə məqsədlərlə tətbiq edilir. Bu baxımdan internet insanlara Ş.T. göstərmək üçün da­ha geniş imkanlara malikdir.

Jurnalistika terminləri lüğəti