Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

mediavirus

lat. medium – ara, vasitəçi + lat. virus – zəhər

Kütləvi informasiya vasitələrində bir materialdan, sənəddən di­gərinə keçərək yayılan, toplumun, ayrı-ayrı fərdlərin həyatına uzunmüddətli mənfi təsir göstərən yanlış, yaxud şişirdilmiş məlumat.

Termin ilk dəfə 1994-cü ildə kütləvi kommunikasiya üzrə amerikalı mü­təxəssis Duqlas Raşkoff tərəfindən işlə­dilib. M.-lardan ictimaiyyətin diqqətini mühüm problemlərdən yayındırmaq, küt­ləvi şüurla manipulyasiya etmək məq­sədilə istifadə olunur. Təcrübədə şou ulduzları, siya­sət­çilər haqda şayiələrdən, qalmaqallı xəbərlərdən ibarət M.-lara daha tez-tez rast gəlinir. M.-lar, əsasən, internet vasitəsilə yayılır. İnternetin inqi­lablar yetişdirmək üçün meydan ola b­i­­­lə­­­cəyi haqda geniş yayılmış və bəzi öl­kələrdə şəbəkəyə girişi məh­dud­laş­dır­maq meyilləri doğurmuş mə­lumatın özü də bir M.-dur. Bununla belə, terminin dəqiq tərifini ver­mək, onu çirkli piar üsullarından fərq­lən­dirmək çətindir.

Jurnalistika terminləri lüğəti