lat. cognitio – dərketmə + lat. dissonantia – uyğunsuzluq, qarışıqlıq
İnformasiyanın məqsədli şəkildə xüsusi təqdimat formasının insanlarda yaratdığı psixoloji diskomfort, çaşqınlıq.
Faktlar və hadisələr haqqında məlumatlar elə ardıcıllıqla düzülür, elə ziddiyyətli şəkildə qurulur və sürətlə verilir ki, auditoriya onu qavraya, həqiqətdə nə baş verdiyini dərk edə bilmir. İnsan bu ziddiyyətli məlumatlar içərisində çaşır, onun beyni «qarışır». Belə vəziyyətdə ictimai rəylə manipulyasiya imkanları genişlənir. K.D. effektindən hökumətlər, iri korporasiyalar texnogen fəlakətlər, sosial münaqişələr və müharibələr zamanı istifadə edir.
See also:
Jurnalistika terminləri lüğəti