Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

neyrolinqvistik proqramlaşdırma

yun. neu­­­­ron – əsəb + lat. lingua – dil və yun. pro – öncə + yun. gramma – yazı

İn­san­ların nitqini, davranışını dil-məntiq üsulları ilə modelləşdirməklə müəyyən nəti­cənin əldə olunmasına yönəldilmiş texnologiya.

N.P. 1970-ci illərdə Kaliforniya uni­versitetində (ABŞ) müəllim-tələbə qru­pu tərəfindən insanlara uğur qazanmağa kö­mək etmək üçün yaradılıb, hətta ona «uğur planı» adı da verilib. Yeni texno­logiya dərhal radio-televiziya sa­həsində çalışan mütəxəssislərin, media texno­loq­larının da diqqətini cəlb edib: verilişlərin, çıxışların ictimai rəyə şüuraltı təsir gücünü artırmaq imkanı onlara maraqlı görünüb. Lakin N.P.-nın xüsusi səmərəliliyi sübuta yetirilmədiyi üçün, habelə ondan qərəzli məqsədlərlə istifadə etməyin mümkünlüyünü nəzərə alaraq elmi dairələrdə bu tex­nologiyaya şüb­hə və ehtiyatla yanaşırlar. Buna baxmayaraq müx­təlif treninq mərkəzləri N.P. üzrə təlim kursları təşkil edir, bu sahədə çoxlu sayda ədəbiyyat nəşr olunur, araşdırmalar davam etdirilir; məs.: «Televiziya neyrolinqvistik proqramlaşdırma vasitəsi kimi» (2004, Tambov universiteti).

See also:

Jurnalistika terminləri lüğəti