Çox xırda, ölçüsü 2 mm-ə qədər olan toz və qum dənəciklərindən, vulkan şüşəsi hissəciklərindən, mineral qırıntılardan ibarət parçalanmış maqma məhsulu.
V.K. vulkanın partlayışla püskürməsi zamanı əmələ gəlir, ağımtıl, boz, qonur və ya qara rəngdə olur. Atmosferdən uzun müddət asılı qalaraq hava nəqliyyatının hərəkətinə maneə törədə, böyük məsafələr qət edərək partlayış yerindən çox-çox uzaqlarda ekologiyaya ciddi ziyan vura bilir. Sənayedə yüngül betonun, şüşə qabların, izolyasiya materiallarının, süzgəclərin istehsalında, kənd təsərrüfatında bitkiçilik sahəsində istifadə olunur.
Coğrafiya terminləri lüğətiVulkan püskürməsi zamanı və püskürmədən sonra kraterdən, lava axınlarından, vulkan yamaclarındakı çatlardan və piroklastik süxurlardan ayrılan qazlar.
V.Q.-nın temperaturu və tərkibi vulkanın fəaliyyət mərhələsindən asılı olaraq dəyişir. Temperaturu 100°C-dən aşağı qazlar mofetlər və ya karbon qazlı fumarollar, temperaturu daha yüksək olan qazlar və onların çıxdığı sahə solfatarlar adlanır. V.Q.-nın tərkibində əksər hallarda su buxarı üstünlük təşkil edir (50-99%-dək). Azalma ardıcıllığı ilə V.Q. karbon qazından, karbon oksidindən, azotdan, hidrogendən, metandan, xlordan və kükürd birləşmələrindən ibarətdir. Yeraltı sular olan zonalardan keçən V.Q. isti su mənbələri yaradır.
Coğrafiya terminləri lüğətilat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı + alm. landschaft – ölkə, mahal
Müasir və ya qədim vulkan törəmələrinin (konus, nekk, dağ, göl, plato və s.) kütləvi yayılması ilə səciyyələnən Yer səthinin müəyyən sahəsi.
İslandiyada, Mərkəzi və Şərqi Kamçatkada V.L. üstünlük təşkil edir.
Coğrafiya terminləri lüğətiVulkanın fəaliyyət dövrü olub qaz və su buxarının, vulkan külünün, vulkan bombalarının və maqmanın Yer səthinə çıxması prosesi.
V.P. bir neçə saat, yaxud illərlə davam edə, fasilələrlə təkrarlana bilər. V.P. fövqəladə hal hesab edilir, lazımi tədbirlər görülməsə, onun təbii fəlakətlə nəticələnməsi mümkündür. Yerin 100 km dərinliyində təxminən 1300°C temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş kütlə plastik formaya malik maqmaya çevrilir. Maqma vulkan ocağında yığılır. Təzyiq artdıqca o, çatlarla və yarıqlarla hərəkət edərək Yerin səthinə çatır. Beləliklə, püskürmə baş verir. Müxtəlif V.P. tipləri məlumdur. Onlara, əsasən, xarakterik davranış nümayiş etdirən məşhur vulkanların adları verilib: məsələn, İsland tipi – həddən artıq duru lavanın qırıntılar, toz qarışıq sıçrayışla səthə çıxması; Havay tipi – duru lavanın çatlardan, yarıqlardan sızması; Stromboli tipi – nisbətən qatı lavanın qısa partlayışlarla kraterdən atılması və s.
See also:
Coğrafiya terminləri lüğətiLavanın tez soyuması nəticəsində əmələ gələn şüşəyəbənzər vulkanik süxur.
Tərkibinə və quruluşuna görə V.Ş. növlərə ayrılır: obsidian, perlit, pemza, pexşteyn, taxilit və sordavalit. V.Ş. hələ qədim daş dövrlərindən əmək və ov aləti, bəzək daşı kimi məlumdur. V.Ş.-ndən abraziv (cilalanma) material və inşaat materialı kimi istifadə edilir.
Coğrafiya terminləri lüğətilat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı + yun. tufos – tüstü
Vulkan külü, vulkan qumu, digər püskürmə qırıntılarının preslənməsi və bərkiməsi nəticəsində əmələ gələn süxur.
Tərkibində qeyri-vulkanik mənşəli qatışıqlara da rast gəlinir. V.T.-nun qırmızı, çəhrayı, bənövşəyi, şabalıdı, narıncı, boz və qara rəngli formaları mövcuddur. Emalı çox asan olduğu üçün V.T.-ndan tikintidə üzlük daş kimi geniş istifadə edilir.
See also:
Coğrafiya terminləri lüğətiMateriklərdə və Dünya okeanının dibində vulkanların fəaliyyəti nəticəsində yaranmış dağlar.
Vulkanların çox olduğu sahələrdə onların birləşməsi dağ silsilələrini yaradır. Şərqi Afrika yaylasında Kilimancaro və Kamerun, Qafqaz dağlarında Kazbek və Elbrus V.D.-a aiddir. V.D.-a Atlantik və Sakit okeanların relyefində də çox rast gəlinir.
See also:
Coğrafiya terminləri lüğətiVulkan konusunun kraterində suların toplanması nəticəsində yaranmış göl.
Hündür divarlara malik vulkan krateri, adətən, yüksəklikdə yerləşdiyi üçün belə göllər əksər hallarda axarsız olur, su yağışların hesabına toplanır. Afrikada Nios, Amerikada İrasu, Asiyada Nəmrut vulkanik mənşəli göllərə aiddir. Bəzi vulkan kraterlərində suyun kimyəvi tərkibi orada canlıların yaşamasına və çoxalmasına imkan vermir; məsələn, Kosta-Rikada yerləşən Rinkon de la Vyexa gölünün kükürdlü suyunda həyat yoxdur.
See also:
Coğrafiya terminləri lüğətilat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı + fr. plateau – hamar
Vulkan püskürməsi nəticəsində səthə çıxmış lavanın relyefin çökək yerlərini dolduraraq əmələ gətirdiyi düzən sahə.
Belə sahələr yüz minlərlə km2 geniş əraziləri əhatə edə bilər. Qarabağ yaylası, Kolumbiya platosu, Yeni Zelandiya platosu – V.P.-lara misaldır. Onların səthi vulkanların çökdürdükləri süxurlarla zəngindir.
See also:
Coğrafiya terminləri lüğətilat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı + yun. logos – elm, təlim
Vulkan proseslərini, onların başvermə səbəblərini, inkişafını, quruluşunu və Yer üzərində yayılması qanunauyğunluqlarını, habelə püskürmə məhsullarının tərkibini öyrənən elm sahəsi.
V. geologiyanın bölmələrindən biridir. Vulkanların sistematik şəkildə öyrənilməsi nəticəsində ilk əsər 1650-ci ildə holland coğrafiyaşünası Bernhard Varenius tərəfindən yazılıb. Lakin Avropada vulkanların genişmiqyaslı tədqiqinə 1842-ci ildə İtaliyada Vezuvi vulkanının ətəklərində vulkan rəsədxanası tikildikdən sonra başlanıb. Yaponiya, İndoneziya, Havay adaları və Kamçatka yarımadasında da müasir vulkan rəsədxanaları fəaliyyət göstərir.
Coğrafiya terminləri lüğəti