Çox xırda, ölçüsü 2 mm-ə qədər olan toz və qum dənəciklərindən, vulkan şüşəsi hissəciklərindən, mineral qırıntılardan ibarət parçalanmış maqma məhsulu.
V.K. vulkanın partlayışla püskürməsi zamanı əmələ gəlir, ağımtıl, boz, qonur və ya qara rəngdə olur. Atmosferdən uzun müddət asılı qalaraq hava nəqliyyatının hərəkətinə maneə törədə, böyük məsafələr qət edərək partlayış yerindən çox-çox uzaqlarda ekologiyaya ciddi ziyan vura bilir. Sənayedə yüngül betonun, şüşə qabların, izolyasiya materiallarının, süzgəclərin istehsalında, kənd təsərrüfatında bitkiçilik sahəsində istifadə olunur.
Coğrafiya terminləri lüğəti