Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

yayla

Dəniz səviyyəsindən 500 m-dən hündürdə yerləşən, səthi hamar və ya az parçalanmış düzənlik.

Bəzən Y.-lar yüksək dağlıq ərazilərdə yerləşir, onlara dağlıq Y.-lar deyilir. Yer kürəsində ən hündür dağlıq Y. Çində yerləşən, “dünyanın damı” adlandırılan Tibet Y.-sıdır. Onun ərazisi Azərbaycanın ərazisindən təxminən 30 dəfə böyük, dəniz səviyyəsindən orta hündürlüyü 5000 metrə yaxındır. Braziliya, Qviana (Cənubi Amerika), Meksika, Kolorado (Şimali Amerika), Şərqi Afrika, Efiopiya (Afrika), Qərbi Avstraliya (Avstraliya), Orta Sibir, Anadolu, İran Y.-ları da planetin ən böyük Y-ları sırasına daxildir.

Coğrafiya terminləri lüğəti