1. Duyğu sinirlərinin qıcıqlanması nəticəsində bədənin hər hansı bir yerində hiss edilən əziyyət, əzab; sancı, sızı; acı. □ Baş ağrısı. Diş ağrısı. Qulaq ağrısı.
2. Məcazi mənada: kədər, qəm, qüssə, dərd, ələm, iztirab hissi. □ Ana şəhid olmuş oğlunu hər dəfə ürək ağrısı ilə xatırlayırdı.
3. Məcazi mənada: inciklik, narazılıq.
See also:
1. Bədənin hər hansı bir yerində ağrı hiss etmək. □ Başı ağrımaq.
2. Kefsizləşmək, naxoşlamaq. □ Zədənin təsirindən o, neçə gün idi ki, ağrıyırdı.
3. Məcazi mənada: kədərlənmək, ürəyi sınmaq, incimək.
See also:
1. Bir şəxsin yaşadığı və ya bir idarənin fəaliyyət göstərdiyi yer; ünvan. □ Evlərinin adresini gizli saxlamaq istəsə də bu mümkün olmadı.
2. Yubiley münasibətilə, yaxud başqa bir münasibətlə bir şəxsə, ya təşkilata kollektiv və s. tərəfindən təqdim edilən təbrik, açıqca. □ Adres göndərmək.
Azərbaycan dilinin izahlı lüğətiHər hansı iş və ya hadisə ətrafında maraqların toqquşmasından doğan əsassız təşviş; bir şeyin qeyri-adi kimi qələmə verilməsi cəhdi, konkret bir məsələ ətrafında (məs.: qiymət artımı, hansısa filmin nümayişi, yanacaq çatışmazlığı və s.) şişirdilmiş hay-küy, süni həyəcan. □ İmtahanqabağı ajiotaj.
Azərbaycan dilinin izahlı lüğəti