dadaş sözü uzun müddət “böyük qardaş” sözünün sinonimi kimi işlənmişdir. Hətta hörmət əlaməti olaraq özündən böyüyə müraciətlə “bəydadaş” (bəzən toy məclislərində bəyə də belə müraciət edilmişdir) da deyilmişdir.
Dadaş bu gün də bəzi bölgələrdə ailədə kiçik bacı-qardaşların böyük qardaşlarına hörmət, ehtiram əlaməti olaraq işlətdikləri müraciət formasıdır. Elə bölgələrimiz vardır ki, orada ataya da dadaş deyə müraciət edilir. Müəyyən mənbələrdə bu sözü dadaç sözü ilə əlaqələndirməyə cəhdlərə təsadüf edilir. Saitlərin incədən qalına keçməsi əsas gətirilərək Dadaş adının yaranması Balaş, Əliş və s. adların yaranması ilə eyniləşdirilir. Dadaş kişi adı Azərbaycan antroponimikasında hörmət, yaxud mehribanlıq məqsədilə özündən yaşca böyüklərə müraciət formasından yaranmış şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Dadaş və Bala adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Həm Dadaş (bax: ad – DADAŞ), həm də Bala (bax: ad – BALA) adları Azərbaycan antroponimikasında müraciət formasından yaranmış şəxs adları sırasındadır. Məhz bu səbəbdən də adın məzmununda bir qədər ehtiram, həmçinin yumşaqlıq hiss edilir. Dadaşbala ehtiram əlaməti olaraq özündən kiçiyə müraciət forması olmuş, sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətidağ sözündəndir. Məlum olduğu kimi, dağ sözünü eşidərkən dilimizdə bu sözlə bağlı ağlımıza ilk olaraq ululuq, müdriklik, əzəmətlilik və s. kimi xüsusiyyətlər gəlir. Dağ sözünün dilimizdə bir neçə mənası vardır: 1. Yerin hündür, dik, yamaclı və zirvəli hissəsi; 2. Yaylaq, dağüstü düzənlik, uca, yer, dağlıq yer; 3. mac. Çox möhkəm, sarsılmaz bir şey haqqında; 4. Çoxluq, böyüklük, ucalıq kimi təşbeh bildirir (çox zaman kimi qoşması ilə birlikdə işlənir). Fars dilində dağ sözü damğa, qızdırılmış dəmirlə qoyulmuş iz, həmçinin qaynamaqda olan, qaynar mənasındadır.
Maraqlıdır ki, dağ sözünün fars dilində ifadə etdiyi mənalar dilimizdə də tamamilə eynidir. Məsələn, kiminsa alina dağ basmaq (qız- dırılmış dəmirlə iz qoymaq), ürayima yaman dağ basdı (dərd mənasında) kimi ifadələr dilimizdə çox işlənir. Qədim türklərdə Dağ antroponiminə rast gəlinir. Oğuz kağanın oğlanlarından birinin adı Dağ/Tağ olmuşdur. Dağ mürəkkəb şəxs adlarının tərkibində də işlənir. Məsələn, Dağlar, Dağbəyi və s. Həmçinin müasir Azərbaycan antroponimikasında mövcud mürəkkəb şəxs adlarının tərkibində işlənən dağ türklərin əski çağlardan tapındığı, inam yeri olmuş varlıqdır. Həm də məişətimizdə dağ adlarından yaranmış şəxs adları da geniş yayılmışdır. Məsələn, Elbrus (bax: ad – ELB- RUS), Alp (bax: ad – ALP), Qoşqar (bax: ad – QOŞQAR) və s. Burada dağın əski çağlardan xalqımızın tapındığı, inam yeri olduğu varlıqlardan biri olduğu da nəzərə alınmalıdır. Onomastik vahidlərdə rast gəlinən Dağ sözün həqiqi mənası ilə əlaqədar olmayıb, əzəmətli, sarsılmaz, çox möhkəm, çoxluq, böyüklük, ululuq, intəhasızlıq, eləcə də ağırlıq, qəm, kədər, dərd, qüssə kimi məcazi mənalar ifadə edir. Dilimizdə Dağ kimi kiçi birdan-bira alimizdan getdi; Arxasında dağ kimi dayanmıçam; Onun ürayinda o boyda dağ var, na etsin və s. kimi dağ sözünün məcazi mənada işləndiyi ümumişlək ifadələr də mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən dağ sözü və arxaikləşmiş bay (III şəxs məns. ş.) titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Dağbəyi (bax: – DAĞ; BƏY) kişi adı yay fəslində dağa, yaylağa köçən köçərilərin inzibati işlərini idarə edən hökumət nümayəndəsi, səlahiyyətli məmur anlamlarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətidamad sözünün dilimizdə təhrif olunmuş şəklindən yaranmış Damad kişi adı qızın əri, kürəkən, giyov anlamlarını ifadə edir.
Bəzi mənbələrdə farslarda vaxtilə şahzadə qızların ərinə verilən ad olması barədə məlumatlara da rast gəlinir. Məişətimizdə Daməd kişi adına hələ rast gəlinsə də, müasir Azərbaycan dilində damad sözünü əvəz edən kürəkən sözü işlənir. Adın təhrif olunmuş forması Damət də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətidaniil sözündəndir. Qədim yəhudi dilində danil Tanrının elçisi, Tanrı tərəfindən göndərilən, Tanrının payı mənasındadır. Azərbaycanda XX əsrin qırxıncı illərinə qədər oğlan övladlarına verilən adlardandır. Bu gün Danil adını daşıyanlar əsasən yaşlı nəslin nümayəndələridir. Cənubi Qafqazın digər iki respublikasında da mövcud kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətidar (dar əslində daştən–malik olmaq feilinin köküdür) şəkilçisi bəzi isimlərin sonuna qoşularaq onlara müxtəlif mənalar verə bilir.
Müasir Azərbaycan dilində tərkibində -dar şəkilçisinin işləndiyi kifayət qədər söz mövcuddur. Məsələn, evdar, əməkdar, yetimdar, mülkədar, məhsuldar və s. Dilimizin antroponimik vahidlər sistemində də bu şəkilçinin köməyi ilə düzəlmiş şəxs adlarına rast gəlinir. Ad yaradıcılığında iştirak edən şəkilçilərdən biri kimi antroponimlərdə işlənən -dar şə- kilçisi şəxs adlarına qoşulur, müxtəlif mənalar iafadə edir. Azərbaycan antroponimikasında bu yolla düzələn həm kişi, həm də qadın adları mövcuddur. Məsələn, Aləmdar (bax: ad – ALƏM- DAR), Ələmdar (bax: ad – ƏLƏMDAR), Vəfadar (bax: ad – ALƏMDAR), Cahandar (bax: ad – CAHANDAR), Səfadar (bax: ad – SƏFADAR), Dildar (bax: ad – DİLDAR) və s.
Azərbaycan şəxs adlarının izahlı lüğətidastan Azərbaycan şifahi xalq ədəbiyyatının epik janrları içərisində qəhrəmanlıq və aşiqanə mövzularda olan ən irihəcmli janrdır. Dastan həm də danışmaq, nağıl eləmək, dastan yazmaq, hekayə yazmaq, həmçinin tarixi hadisələrdən və ya şəxsiyyətlərdən bəhs edən irihəcmli əsər, poema, eləcə də hekayə, əfsanə, nağıl, sərgüzəşt anlamlarını ifadə edir.
Bu gün danışıqda dastan açmaq, dastan qoçmaq, dastan bağlamaq (kiminsə barə- sində) və s. kimi kifayət qədər ümumişlək ifadələr də mövcuddur. Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan Dastan yaxşı əməlləriylə dillərdə dastan olma, yəni məşhur olma, dillərə düşən birisi olma anlamlarındadır, başqa sözlə, alqış məzmunu ifadə edən adlar sırasındadır. Azərbaycanda bu ada ən çox aşıq yaradıcılığına marağın nisbətən çox olduğu qərb bölgəsində rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti