Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AŞURXAN ərəb.

mürəkkəb adların tərkibində işlənən Açur adı və arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Aşurxan (bax: ad – AŞUR; XAN) kişi adı Aşur xan alamındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Aşurxan bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ATA azərb.

ata övladı olan valideyn, kişi, türk dillərində baba, əcdad; istiqamət verən, yol göstərən, mənəvi dayaq mənasındadır.

Dünyanın bir çox dillərində olduğu kimi, Azərbaycan antroponimikasında da qohumluq, əqrəbalıq bildirən sözlərdən yaranmış şəxs adlarıda mövcuddur. Məsələn, Ata, Nənə (bax: ad – NƏNƏ), Bibixanım (bax: ad – BİBİXANIM) və s. V.İ.Abayev skiflərdə m.ə. IV əsrdə Atey şəxs adını izah edərkən ata adını paralel gətirmiş, hər ikisini osetin dilində ədə – “ata”, “baba” sözü kimi izah etmişdir. Lakin osetin dilindəki ədə sözü özü də türk mənşəlidir. Türk dilində ata “ulu əcdad”, “ulu”, “müqəddəs sələf” sözündəndir. Hələ şumerlərdə “Aldani” – onun atası (sami mənşəli akkad dilində), erkən orta əsrlərdə uyğurlarda Atay-Sili Xaqan, 776 cı ildə Orta Asiyada ərəblərə qarşı başlanmış Xürrəmi üsyanının “Müğənna” hərbi ləqəbli başçısı Ata, VIII əsrdə Buxara hakimi Qisrif ibn Ata və b. şəxs adlarına rast gəlinir. Qədim türklərdə əcdada sitayişlə əlaqədar verilmiş adlardandır. Azərbaycanda və Orta Asiyada bəzi övliyaların adlarının sonundakı ata sözü də bununla əlaqədardır. Bu gün də Azərbaycanda çox zaman yaşlı insana hörmət naminə “ata” deyə müraciət edilir. Məlum olduğu kimi, azərbaycanlı ailələrdə atanın adının oğula (nəvəyə) veriməsi ənənəsi mövcuddur və bu gün də yaşayır. Bu zaman hər dəfə ailədə atanın adını çəkməmək məqsədilə həmin övlad “Ata”, ”Baba”, “Dədə” deyə çağırılır. Hazırda Ata kişi adına çox az təsadüf edilsə də, Azərbaycan antroponimikasında tərkibində Ata (bəzən də Atam) adının iştirak etdiyi kifayət qədər mürəkkəb şəxs adları mövcuddur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Ata bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ATABABA azərb.

mürəkkəb adların tərkibində işlənən Ata Baba adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Atababa (bax: ad – ATA; BABA) kişi adı bir nəslin əcdadı, ulusu, ulu babası, həmçinin qədim, çoxdankı, nəsildənqalma (məsələn, Ata-baba mülkümüzdür, Ata-babalardan qalmıç nasihatlardan ziyan görmazsan və s.), ataya, babaya bənzər oğlan, ata-baba yolunu davam etdirən övlad mənasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ATABƏY azərb.

mürəkkəb adların tərkibində işlənən Ata adı və arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Atabəy (bax: ad – ATA; BƏY) kişi adı Azərbaycanda bu gün, az da olsa, təsadüf edilən antroponimlərdəndir. “Azərbaycan Sovet Ensiklopediyası”nda belə bir məlumat var ki, Atabəy adını da- şıyan ilk şəxs Alp Arslanın vəziri Nizamülmülk olmuşdur. Alp Arslan onu oğlu Məlikşaha tərbiyəçi təyin etmiş, iliq, ata, hoca və atabəy adlandırmışdır. Məlikşah sultan olduqdan sonra Nizamülmülkə rəsmi olaraq Atabəy adı vermişdir (1703). Atabəy vəzifəsinin və titulunun Azərbaycanda, eləcə də digər Şərq ölkələrində uzun və maraqlı tarixi vardır. Səlcuq sultanları öz vəliəhdlərinin tərbiyəsi üçün atabəylər təyin edərkən onlara çox böyük hüquqlar verirdilər. Hətta bir sıra ölkələrdə bu yolla təyin edilmiş atabəylərin azyaşlı şahzadələri əvəz etməyə ixtiyarı da var idi. Əslində son nəticədə bu, onların hakimiyyətini ələ keçirməsiylə nəticələnirdi. 1380-ci ildə Qeysəriyyə hökmdarı Əlaəddin Əli bəy vəfat etdikdən sonra oğlu Məhəmməd Çələbi kiçik olduğu üçün atabəylik Azərbaycan ədəbiyyatı tarixinə hökmdar-şair kimi daxil olmuş Qazi Bürhanəddinə (1314-1398) həvalə edilmiş, 1391-ci ildə Qazi Bürhanəddin özü hakimiyyət başına keçmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ATACAN azərb.

mürəkkəb adların tərkibində işlənən Ata adı və əzizləmə mənasını yaradan can şəkilçisinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Atacan (bax: ad – ATA; CAN) kişi adı ataya, həmçinin babaya, eləcə də yaşlı kişilərə hörmət və nəvaziş əlaməti olaraq müraciət forması kimi bu gün də işlədilən şəxs adlarındandır. Atacan şəxs adı can ata, əzizim ata mənasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ATAQARDAŞ azərb.

mürəkkəb adların tərkibində işlənən Ata Qardaş sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Kişi adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Ataqardaş (bax: ad – ATA; QARDAŞ) kişi adının tərkibində hər iki söz qohumluq, əqrəbalıq ifadə edir. Ataqardaş şəxs adı həm ata, həm də qardaş yerində övlad mənasındadır. Adətən atası, qardaşı və ya hər ikisi həyatda olmayan valideynlər tərəfindən oğlan övladlarına verilən addır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ATAMOĞLAN azərb.

mürəkkəb adların tərkibində işlənən Ata (I şəxs məns. ş.) və Oğlan sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Atamoğlan (bax: ad – ATA; OĞLAN) kişi adı ata yerində, ataya bənzər oğlan, ata əvəzi oğlan anlamına gəlir. Məlum olduğu kimi, Azərbaycanda geniş yayılan ənənələrdən biri də baba adının ilk oğlan nəvəyə verilməsidir. Lakin uşağı əzizləyərkən, məzəmmət edərkən, hətta döyərkən belə hər dəfə atanın adının çəkilməsi bir qədər çətinlik yaradır. Ailədə qardaşlar, bacılar, yaxın qohumlar atalarının adı qoyulan uşaqlara kiçik yaşlarından Ata, Ataş, Atamoğlan, Baba, Babaş və i.a. kimi dolayı adlarla müraciət edirlər. Atamoğlan adı da bu qəbildən olan adlardandır. Sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti