azərb. qardaç (əslində qarındaç, yəni bir ananın qarnında – bətnində yatmış) sözü əslində bir ata-anadan və ya yalnız bir atadan, yaxud bir anadan olan oğulların bir-birinə, yaxud bacısına münasibətidir.
Dilimizdə süd və qan qardaşları ifadəsi də məlumdur. Müasir Azərbaycan dilində qardaş sözü həm də fikir, ictimai vəziyyət və s. cəhətdən yaxın olan şəxslərə, yaxın dostlara, dost ölkələrə deyilir. Azərbaycanda tanış olan və ya yad, tanış olmayan kişiyə, oğlana müraciət forması kimi də işlədilir. Türkiyədə bu gün bacıya da qız qardaş (kızkardeş) deyirlər. Çox vaxt ailədə tək oğul olmuş atalar övladlara Qardaş adı qoymuşdur. Azərbaycan antroponimikasında tərkibində Qardaş adı iştirak edən mürəkkəb şəxs adları da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti