Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

KİŞİ azərb.

kiçi sözü bir neçə məna ifadə edir: 1. Cinscə qadının əksi; 2. Ər; 3. Adam, şəxs, kəs; 4. Mərd, namuslu, sözündə sabit; 5. Ehtiram əlaməti olaraq yaşlı, ahıl kişilərin adına əlavə edilir.

Kişi şəxs adı sözün dördüncü mənası ilə əlaqədar olub, xüsusiyyət ifadə edir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Kişi adı bu gün yalnız soyadlarda mövcuddur. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda Kişiyev soyadını daşıyanlar kifayət qədərdir. Bu da adın məişətimizdə yaxın keçmişə qədər geniş yayıldığına dəlalət edir. Azərbaycan antroponimikasında tərkibində Kişi adının iştirak etdiyi kifayət qədər şəxs adı mövcuddur. Məsələn, Atakişi (bax: ad – ATA; KİŞİ), Babakişi (bax: ad – BABA; KİŞİ), Ağakişi (bax: ad – AĞA; KİŞİ) və s.

Azərbaycan şəxs adlarının izahlı lüğəti