açara sözü on (miqdar sayı), həmçinin onuncu, ondabir mənasındadır.
Məlumdur ki, ərəb dilində kişi adları samitlə bitir. Tələffüzdə səsdüşümü (sonuncu a hərfinin düşməsi) nəticəsində Aşar®Aşur kimi işlənmiş, sonradan Aşur müstəqil ad olaraq rəsmiləşmişdir. Əvvəllər ailədə onuncu oğlan övlada Aşur adı qoyulmuşdur. Bu gün artıq neçənci olmasından asılı olmayaraq oğlan uşaqlarına qoyulan addır. İslam tarixinə “Qətl günü” kimi düşən Məhərrəm ayının onuncu günü “Aşura” sözü ilə əlaqədardır. Məlum olduğu kimi, həmin gün İslam tarixində matəm günüdür. Məhərrəm ayının 10-da, Aşura günü Kərbəla yaxınlığında Xəlifə Yəzidin qoşunu qohumu Hüseynin qoşununu darmadağın etmişdir. Öz tərəfdarları ilə birləşməsinə mane olmaq üçün onları sözün əsl mənasında qanına qəltan etmişdir. Kərbəla çölündəki bu dəhşətli faciə şiəlikdə Aşura günü (matəm günü) kimi elan edilmişdir. Məhərrəm ayının onuncu günü doğulan oğlan uşaqlarına çox zaman Aşur adının qoyulması da bununla əlaqədardır. Lüğətlərdə Aşur şəxs adı həm də qədim zamanlarda uzun yola çıxan karvanları qoruyan, həmçinin vergi toplayanlara müraciətlə deyilən aşur sözü ilə də əlaqələndirilir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti