Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bədii məkan

Bədii əsərdə təsvir olunan, müəllif ideyasının qabardılmasına xidmət edən yer, məkan.

Surət və obrazlar kimi B.M. da bir çox hallarda bədii ümumiləşdirmənin predmeti kimi çıxış edir və müəllifin qarşıya qoyduğu məqsədin reallaşmasına xidmət edir; məs.: “Ölülər”dəki qəbiristanlıq, “Poçt qutusu”ndakı İtqapan kəndi, “Danabaş kəndinin əhvalatları”ndakı Danabaş kəndi və s. M.Müşfiqin “Yenə o bağ olaydı” şeirində və peyzajın əsas yer tutduğu bir sıra əsərlərdə B.M. əsərin əsas obrazı rolunda çıxış edir və ideyanın mərkəzində dayanır. Klassisizmin nəzəri prinsiplərindən biri dram əsərlərində üç komponentin: bədii məkan, bədii zaman və bədii hərəkətin birliyidir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti