Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bədii detal

Bədii yaradıcılıqda xarakterin, obrazın psixoloji vəziyyətinin daha dərindən açılmasına xidmət edən təfərrüat.

Əsasən, nəsr əsərlərinə xas olan B.D. mənzərə və portret yaradılmasında, hadisə, hərəkət və nitqin təqdimində əsas ünsürdür. Bir çox Azərbaycan yazıçılarının əsərlərində orijinal B.D.-lar çoxdur. Məsələn, C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povestində Xudayar bəyin burnunun əyriliyinin təsviri portret səciyyəli B.D.-dır. Rus yazıçısı A.P.Çexov nəsr və dram yaradıcılığında B.D.-lardan xüsusi ustalıqla istifadə edib.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti