Müəllifin öz bədii əsərlərini iki dildə yazması və ya bir dildən başqa dilə tərcümə etməsi.
Sovet dönəmində rus dilinin geniş yayılması ilə bağlı bir çox sovet respublikalarında bilinqv yazarlar meydana gəlmişdi ki, onlar öz əsərlərini həm milli, həm də rus dilində yazırdılar. Azərbaycan yazıçılarından Anar və Çingiz Hüseynovu buna misal göstərmək olar. Bəzən bir millətə mənsub olub başqa millətin dilində yazan yazıçılar da bilinqv yazıçılar hesab edilirlər; məs.: Ç.Aytmatov, Maqsud və Rüstəm İbrahimbəyovlar və b.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti