Ədəbiyyat və incəsənətdə həyat hadisələrini tipik bədii obrazlarla əks etdirmək üsulu.
Bədii ümumiləşdirmə öz təcəssümünü surətlərdə tapır. Ümumiləşdirmə baxımından diqqəti daha çox cəlb edən surət tip adlanır. Tip tipikləşdirmə yolu ilə yaradılır; yazıçı müşahidə etdiyi hər bir hadisəni olduğu kimi qələmə almaqla kifayətlənmir. Həyatda baş verən hadisələrdə, həmçinin müxtəlif insanlarda olan oxşarlıqları seçir və bir şəxsin timsalında ümumiləşdirir. C.Məmmədquluzadənin Şeyx Nəsrullah, Ə.Haqverdiyevin Mirzə Səfər, N.Vəzirovun Fəxrəddin surətləri ümumiləşdirilmiş obrazlardır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti