Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sentimentalizm

fr. sentimentalisme < fr. sentiment – hiss, duyğu

XVIII әsrdə Avropada yaranan, ağılı deyil, hissi insan təbiətinin əsası hesab edən ədəbi cərəyan.

Sentimen­ta­lizmin vətəni İngiltərə sayılır. Bu cərəyanın yaradıcıları Ceyms Tomson, Eduard Yunq, Oliver Qoldsmit və Tomas Qrey olublar (XVIII əsr). İnsan psixologiyasını, duyğu və hisləri әks etdirmәk cәhdlәri sentimentalizmin sәciyyəvi xüsusiyyәtidir. Lakin sen­timentalistlәrin әsәrlәrindә insan hissiyyatı şişirdilmiş şәkildә tәsvir olunur. Azərbaycan әdәbiyyatında sen­ti­men­talizm müstәqil әdәbi cәrәyan kimi formalaşmayıb. Lakin  Azәr­bay­can şairlәrinin yaradıcılığında sentimentalizmin mü­əy­yən xüsusiyyәtlәri nәzәrә çarpır. Abbas Sәhhәt “Tәzә şeir necә olmalı” adlı məqalәsindә (1905) sentimentalizm cәb­hәsindәn çıxış etmişdi.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

səbəb budaq cümləsi

Baş cümlədəki nəticənin səbəbini bildirən və nə üçün? niyə? nə səbəbə? nəyə görə? nədən ötrü? suallarına cavab olan budaq cümlə.

Səbəb budaq cümləsinin iki tipi vardır: 1. Budaq cümlə baş cümlədən əvvəl işlənir, budaq cümlədə bağlayıcı söz, cümlənin sonunda isə -sa, -sə ədatı iştirak edir.  Ən çox işlənən bağlayıcı sözlər necə, nə sözləridir; məs.: Bu söz ona necə təsir edibsə, üç gün­dür bura gəlmir (S.Qədirzadə). Birdən nə fikirləşdisə, durub var-gəl eləməyə başladı (İ.Əfəndiyev). 2. Əvvəlcə baş cümlə, son­ra bağlayıcı, daha sonra budaq cümlə gəlir. Bu zaman baş cümlədə ona görə, onun üçün, ondan ötrü sözləri iştirak edir: Yəni mən bu sözləri ondan ötrü demirəm ki, düşməndən qorxuram (C.Məmmədquluzadə). Budaq cümlə baş cümləyə ona görə ki, ondan ötrü ki, çünki, onun üçün ki bağlayıcıları ilə bağlanır: Sabah səninlə qışlağa gedə bilmə­yə­cəyəm, ona görə ki klubda məşqimiz var (İ.Əfəndiyev).

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

səbəb zərfliyi

İşin (hərəkətin və ya halın) səbəbini bildirən zərflik.

Səbəb zərflikləri, əsasən, feili bağlamalar və feili bağlama tərkibləri, üçün, ötrü gərək qoşmalarından birinin və deyə sözünün iştirak etdiyi müxtəlif nitq hissələrindən əmələ gələn tərkiblərlə ifadə olunur. Səbəb zərfliyi niyə? nə üçün? nə səbəbə? və s. suallarına cavab verir; məs.: Qor­xu­dan  üzü ağarmışdı. Qabağına çıxan yoxdur deyə öyünmə (“Na­­ğıllar”). Yorulub yerə yıxıldı və s.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sənədli nəsr

Real hadisələrdən bəhs edən, daha çox pub­lisistik xarakterli bədii nəsr.

Sənədli nəsr bir çox janrları (xatirə, oçerk, avtobioqrafiya, tarixi-bioqrafik roman və s.) özündə birləşdirən anlayışdır. Burada təsvir edilən hadisələr üçün şahidlik, sənədlilik, faktlara əsaslanmaq şərtdir. Belə yazılarda yazıçı baxışı ilə bərabər, jurnalist baxışı da hiss olunur. Bu baxımdan bədii təxəyyül olduqca zəifdir. İ.Şıxlının “Cəbhə gündəlikləri” povesti, S.Rüstəmxanlının “Difai fədailəri” romanı sənədli nəsrdir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti