Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

daxili qafiyə

Şeirdə misra daxilindəki sözlərin yaratdığı qafiyə.

Daxili qafiyəyə daha çox misradaxili bölgü ilə müşayiət olunan şeirlərdə rast gəlinir. Qəzəl janrında, eləcə də aşıq şeirində bu cür nümunələr kifayət qədərdir; məs.:

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,

Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı? (M.Füzuli)

Daxili qafiyə şeirin ahəngdarlığını və ritmikasını artıran vasi­tələrdən biridir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

danışıq səsləri

Danışarkən tələffüz etdiyimiz səslər.

Da­nışıq səsləri danışıq üzvləri vasitəsilə yaranır. Dilimizdə m, n samitləri burun, qalan səslər isə ağız səsləridir. Dilimizdə 34 danışıq səsi var. Danışıq səsləri öz ifadəsini yazıda hərflərdə tapır. Hərf danışıq səsinin yazıdakı şərti qrafik işarəsidir. İki səsin – [x`] və [k`] səslərinin xüsusi hərflə işarəsi olmadığı üçün əlifbamızda 32 hərf var. Tələffüz zamanı ağız boş­lu­ğunda maneənin olub-olmamağına görə danışıq səsləri iki yerə bölünür: sait səslər, samit səslər.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

danışıq üzvləri

Danışıq səslərinin əmələ gəlməsi və tə­ləffüzü prosesində iştirak edən bədən üzvləri.

Danışıq üzvləri iki yerə ayrılır: 1) fəal danışıq üzvləri (dil, dodaqlar, səs telləri); 2) qeyri-fəal danışıq üzvləri (ağciyərlər, nəfəs borusu, qırtlaq, burun boşluğu, ağız boşluğu, dişlər).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dastan

Aşıq yaradıcılığında həcmcə ən böyük epik-lirik janr.

Dastana ədəbiyyatşünaslıqda epos da deyilir. Dastanda nəsr və nəzmlə yazılmış mətnlər növbələşir. Nəsr hissəsində aşıq, əsasən, əhvalat və hadisələri danışır, nəzm hissəsində isə qəhrəmanların hiss və duyğuları əks olunur. Dastanların nəzm hissəsi, əsasən, qoşmagəraylılardan ibarətdir. Dastanların özünəməxsus bədii quruluşu olur. Məhəbbət dastanlarının əvvəlində, adətən, üç ustadnamə deyilir. Çox zaman dastan danışan aşıq dinləyicinin diqqətini cəlb etmək üçün qaravəlli adlanan satirik, yumoristik əhvalat danışır. Nikbin sonluqla bitən dastanların finalında duvaqqapma, bədbin sonluqla bitənlərdə isə cahannamə verilir. Ədə­biyyatımızda “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Aşıq Qərib”, “Şah İsmayıl” kimi dastanlar geniş yayılıb.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dastan məclisi

Aşıqların xüsusi şənliklərdə bütöv bir dastanı əvvəldən axıra kimi ifa etməsi.

Sənətşünaslar bəzən dastan məclisini tək oyunçu tamaşasıkimi də səciyyələndirirlər. Dastan məclisi ustadnamələrlə başlayıb duvaqqapma ilə bitirdi. Dastan məclisində daha çox püxtələşmiş ustad aşıqlar iştirak edirdilər. Onlar ifa zamanı çox zaman improvizasiya edirdilər. Bu da Azərbaycan dastanlarının get-gedə kami­l­ləş­məsinə səbəb olur, çoxvariantlılığa gətirib çıxarırdı.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

detektiv

ing. detective – xəfiyyə > detect – açmaq, faş etmək > lat. detectus – açıq

Müəmmalı cinayətlərin açılmasından, xəfiyyə və casusların macəralarından bəhs edən əsər.

Detektiv əsər kəskin süjetə malik olur. Bu əsərlər əksər hallarda cinayətin baş verməsi ilə başlayır və xoşbəxt sonluqla – xəfiyyənin cani üzərində qələbəsi ilə bitir. Müəllif ilk epizodlardan oxucunu intizarda saxlamağa çalışır. Süjet elə qurulur ki, oxucu əsərboyu gah bu, gah da digər surətin cani olduğunu düşünür. Sonluq isə tamamilə gözlənilməz olur. Çox zaman bir yazıçının qələminə məxsus detektiv əsərlərin bir ümumi qəhrəmanı olur ki, bu obraz məşhurlaşaraq müəllifin adını kölgədə qoyur; məs.: Şerlok Holms (Artur Konan Doyl), Erkül Puaro (Aqata Kristi), Komissar Meqre (Jorj Simenon), Dronqo (Çingiz Abdullayev) və b. Əsərlərdə xəfiyyə-krimi­nalist rolunda çıxış edən bu obrazları oxucuya sevdirən əsas xüsusiyyətlər peşəkarlıq, dərin məntiqi təfəkkür, əlbəyaxa döyüş bacarığıdır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

detektiv ədəbiyyat

Macəra ədəbiyyatının bir qolu: detektiv əsərlərin məcmusu.

Dünya detektiv ədəbiyyatının ilk nü­mayəndəsi ABŞ yazıçısı Edqar Po (“Morq küçəsində qətl” novellası) sayılır. İlk detektiv romanı isə ingilis yazıçısı Uilki Kollinz (“Ay daşı”) yazıb. Lakin dünya detektiv ədəbiyyatında ən məşhur ad Artur Konan Doyl və onun qəhrəmanı Şerlok Holmsdur. Azərbaycan ədəbiyyatında detektiv ədəbiyyatın ilk nümunələrini (“Brilyant məsələsi”, “Qara “Volqa” romanları) Cəmşid Əmirov yaradıb. Rus dilində yazan Azərbaycan yazıçısı Çingiz Abdullayevin onlarla detektiv əsəri bir çox dillərə tərcümə olunub və bestsellerə çevrilib.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dərviş

fars. – dilənçi, fağır

Təsəvvüf cərəyanının nüma­yən­dəsi: səyyari həyat kеçirən, miskin yaşayış tərzinə malik həqiqət aşiqi; sufi şair.

Dərviş maddi mеyil və həvəslərdən uzaq, mənəvi-əxlaqi cəhətdən pak müriddir. Dərvişlər sufi şeirlərini müxtəlif məkanlarda oxumaqla sufizmin əsas təbliğatçıları olublar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti