Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

samit səslər

Tələffüzü zamanı ağız boşluğunda müəyyən maneələrə rast gələn və bu maneələri dəf etməklə tələffüz olunan danışıq səsləri.

Səs tellərinin iştirakına görə samit səslər iki növə ayrılır: kar samitlər, cingiltili samitlər. Azər­baycan dilində 25 samit səs var. Bunlardan 14-ü cingiltili: [c], [v], [ğ], [g], [b], [z], [j], [d], [q], [y], [l], [m], [n], [r], 11-i isə kar samitdir: [ç], [f], [h], [x], [k], [p], [s], [ş], [t], [k`], [x`]. [h] kar samitinin cingiltili qarşılığı, [l], [m], [n], [r] cingiltili sa­mit­lərinin isə kar qarşılığı yoxdur. [l], [m], [n], [r] samitləri sonor samitlər adlanır. [m], [n] samitlərinin tələffüzündə hava axını, əsasən, burun boşluğundan çıxdığı üçün onlar burun samitləri də adlanır. Digər samitlər isə ağız samitləri adlanır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti