Azərbaycan ədəbiyyatında orta əsrlərdə yayılmış xalq tamaşası.
Satirik səpkidə qələmə alınmış həmin mətnlərdə, əsasən, ərəb işğalçıları lağa qoyulur və yamsılanırdı. Səyyar ifaçılar tərəfindən müstəqil ədəbi janr kimi inkişaf edib. İndi də dilimizdə işlənən bəzi zərbi-məsəllərin həmin mətnlərdən günümüzə qədər çatdığını ehtimal etmək olar: “Әrəb öldü, qan düşdü”, “Әrəb nədi, corab nədi”, “Burda mənəm, Bağdadda kor xəlifə”.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiOdunçuluq və mişarçəkmə ilə bağlı oxunan əmək nəğmələri.
Mişar çəkənlərə ərəkeşlər deyirdilər. Ərə iri, iki (hər ucunda biri) dəstəyi olan mişardır. Ərəni iki adam işlədir. Taxta ərəxana deyilən xüsusi yerdə çəkilirdi. Ərəxana iki cür olurdu. Onlardan biri adamboyu qazılmış yerin üzərində qurulur və ərəkeşlərdən biri aşağıda, digəri yuxarıda, taxtanın üstündə dayanırdı. Ərəkeşlərin işi ağır olduğundan onlar yaxşı qidalanmalı idilər. Bu məqama Ə.N.-ndə xüsusi diqqət yetirilir:
Biz ərə çəkənlərik,
Bizə plov gətirin,
İsti çilov gətirin.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. – geniş yol, çadırın ortasında qurulan dirək, şeir haqqında elm
Misralarda uzun saitli hecalarla qapalı hecaların müntəzəm düzülüşünə əsaslanan şeir vəzni.
Ərəb şeirində ilkin Ə. formasının təşəkkülü VI–VIII əsrlərə təsadüf edir. Bu dövrdə Ə.-un nisbətən sadə qəliblərindən (rəcəz, həzəc, rəməl) istifadə edib. VIII əsrdə Xəlil ibn Əhməd Ə.-a daha mürəkkəb çoxsaylı qəliblər əlavə edərək onu sistemləşdirib və geniş nəzəriyyəsini yaradıb. O, Ə.-un 15 bəhrini müəyyənləşdirib. Müxtəlif xalqlar sonradan Ə. vəznini zənginləşdiriblər. Hal-hazırda Ə.-un 19 bəhri məlumdur. Azərbaycan ədəbiyyatının bütün dövrlərində Ə. vəznində əsərlər yaranıb, onun, əsasən, 12 bəhrindən istifadə edilib. Ş.İ.Xətaiyə qədər yazılı ədəbiyyatımızda yalnız Ə. vəzni olub. Azərbaycan ədəbiyyatında Ə.-un tədqiqi sahəsində ədəbiyyatşünas Əkrəm Cəfərin xüsusi rolu vardır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏruzda misraların uzunluğunu, ritmik quruluşunu (uzun və qısa hecaların ardıcıllıq forması) və bölgülərini müəyyən edən qəliblər.
Əruzun nəzəriyyəsini yaratmış Xəlil ibn Əhməd (VIII əsr) ərəbcə “fə’ələ” (hərəkət) sözündən yaranan müxtəlif ifadələri (FA’ilAtün, MəfA’İlün, Müftə’ilün və s.) təfilələr kimi qəbul edib və bu təfilələr vasitəsilə əruz vəzninin müxtəlif qəliblərini yaradıb. O yaratdığı əsli təfilələrdən asılı olaraq qəlibləri bəhrlərdə qruplaşdırıb. X.İ.Əhmədin təfilələrində heca iki formada – həm qapalı heca kimi (məs.: “tün”, “lün” və s.), həm də saiti uzadılan (böyük hərflə və bəzi hallarda apostrofla işarə edilən) açıq heca (məs.: “fA”, “lA”, bəzən “fə’” və s.) ilə ifadə olunur. İkiqat uzun hecalar isə əlifbamızda saiti böyük hərflə yazılan qapalı hecalarla (məs.: “lAn”) ifadə olunur. Başqa sözlə, uzun hecalar ərəb əlifbasındakı iki hərf (birincisi hərəkəli, ikincisi hərəkəsiz), qısa hecalar isə bir hərəkəli hərf vasitəsilə düzəlir.
FA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün (X.İ.Əhməd qəlibi)
Sevgidir, yal / nız məhəbbət / dir həyatın / cövhəri (Ə.Vahid).
Elmi ədəbiyyatda qəliblər şərti işarələrlə – simvolik formullarla da göstərilir. Burada uzun hecalar “–”, qısa hecalar isə “‿” işarəsi ilə ifadə olunur. İkiqat uzun hecaların şərti işarəsi isə “~” kimidir.
–‿– – / –‿– – / –‿– – / –‿– (Simvolik formul)
Sevgidir, yal / nız məhəbbət / dir həyatın / cövhəri.
Azərbaycan ədəbiyyatında Əkrəm Cəfər və Şirvani Ədilli fərqli Ə.Q. yaradıblar.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiNəzmlə qələmə alınmış şikayət ərizəsi, xahiş.
Ədəbiyyatımızda çox da geniş yayılmayıb. Qasım bəy Zakir özünün və ailəsinin başına gətirilən faciələrlə bağlı Qafqazın bir sıra inzibati dairələrinə və adlı-sanlı müasirlərinə mənzum Ə-H.-larla müraciət etmişdi. Seyid Әzim Şirvaninin taxıl ehtiyacı ilə bağlı Şamaxı mülkədarı Mahmud ağaya yazdığı xahiş xarakterli Ə-H.-ı məlumdur. Sovet dövründə isə görkəmli qəzəlxan Əliağa Vahidin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd İsgəndərova mənzil şəraitinin çətinliyi ilə bağlı yazdığı Ə-H. məşhur idi:
... Mənə layiqdi ola şəhrdə üç-dörd otağım,
Bəxtə bax, dörd nəfərin mənzili bir danə düşüb.
... Maşınım yox, yol uzaq, iş də şəhərsiz keçmir,
Fikridən xəstə vücudim dava-dərmana düşüb.
... Ərzabazlıq mənim öz şənimə şayəstə deyil,
Cənnət insanə, cəhənnəm yolu şeytanə düşüb.
... Sən əgər Vahidə yardım edəsən, xalq deməz:
“Evdən ötrü bu yazıq lap dəli-divanə düşüb”.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞairlərin əsərlərində işlətdikləri evfemistik bədii ifadələr, hüsnü-təbir.
Şərq ədəbiyyatında buna “mümtaziyyət” də deyilir. Qədim şairlər şeirlərində fikirlərini daha ifadəli və xoşagəlimli tərzdə çatdırmağa çalışırdılar. Məsələn, “öldü” sözü yerinə “haqqa qovuşdu”, “tərki-dünya oldu” ifadələri işlədirdilər.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. – təpələr
Şərq ədəbiyyatında, cahiliyyə dövrünün ərəb poeziyasında qəsidələrdə işlənmiş başlanğıc hissə, müqəddimə.
Bu hissədə tərk edilmiş köhnə yurd yerlərinin (sönmüş ocaq, hisli daşlar, ətrafa dağılmış əşyalar) oyatdığı nostalji hiss və duyğular, ən əsası isə kədər və iztirabın ifadəsi öz əksini tapır. Əsərlərini ərəbcə yazan Azərbaycan şairi Şihabəddin Sührəverdinin qəsidələrində Ə. nümunələri vardır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBütün misraları eyni hərflə başlayıb, eyni hərflə bitən şeir şəkli.
Aşıq ədəbiyyatında geniş yayılmışdır. Ə-A. şeir şəkli qoşma, təcnis, gəraylı, divani və s. janrlarda olur. Molla Cümə və Aşıq Ələsgər kimi aşıqlar yaradıcılıqlarında Ə-A. şeir şəklindən istifadə ediblər; məsələn:
Zəhmətim əşərdir, bülbülüm gülsüz,
Zar olur könlümüz, ayağa durmaz.
Zəbanım bəstədir, dəhanım dilsiz,
Zəncəfil göz yaşım ayağa durmaz.
***
Zər alan sərraflar yamanı saymaz,
Zəmində yaxşılar yamanı saymaz,
Zəbərcəd dəndanı yamanı saymaz,
Zay Cümə gələndə ayağa durmaz.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti