Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ərəb gülməlisi

Azərbaycan ədəbiyyatında orta əsrlərdə yayılmış xalq tamaşası.

Satirik səpkidə qələmə alınmış həmin mətnlərdə, əsasən, ərəb işğalçıları lağa qoyulur və yamsılanırdı. Səyyar ifaçılar tərəfindən müstəqil ədəbi janr kimi inkişaf edib. İndi də dilimizdə işlənən bəzi zərbi-məsəllərin həmin mətnlərdən günümüzə qədər çatdığını ehtimal etmək olar: “Әrəb öldü, qan düşdü”, “Әrəb nədi, corab nədi”, “Burda mənəm, Bağdadda kor xəlifə”.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti